Şənbə, 07 Noyabr 2026 05:18:19 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
07 Noyabr 2026
SON XƏBƏRLƏR
8Noyabr -Zəfər  tariximizin şanlı səhifəsi06.11.2026 16:10 “Ailə mübahisələrinin həllində mediasiyanın rolu və əhəmiyyəti” mövzusunda dəyirmi masa keçirilib04.11.2026 09:52 Dialoq mədəniyyəti və dövlət iradəsi: Azərbaycanın beynəlxalq mövqeyi28.10.2026 20:01 İlham Əliyev Aleksandr Zuyevi qəbul etdi26.10.2026 14:00 Prezident Migel Anxel Moratinosu qəbul etdi – FOTOLAR26.10.2026 13:50 İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi – FOTOLAR26.10.2026 13:40 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTOLAR26.10.2026 12:16 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 8Noyabr -Zəfər  tariximizin şanlı səhifəsi06.11.2026 16:10 “Ailə mübahisələrinin həllində mediasiyanın rolu və əhəmiyyəti” mövzusunda dəyirmi masa keçirilib04.11.2026 09:52 Dialoq mədəniyyəti və dövlət iradəsi: Azərbaycanın beynəlxalq mövqeyi28.10.2026 20:01 İlham Əliyev Aleksandr Zuyevi qəbul etdi26.10.2026 14:00 Prezident Migel Anxel Moratinosu qəbul etdi – FOTOLAR26.10.2026 13:50 İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi – FOTOLAR26.10.2026 13:40 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTOLAR26.10.2026 12:16 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25
Siyasət

8Noyabr -Zəfər  tariximizin şanlı səhifəsi

06.11.2026 16:10 · 5 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

 

Azərbaycan xalqının çoxəsrlik tarixinə qızıl hərflərlə yazılmış 8 Noyabr Zəfərinin 6-cı ildönümünü qeyd edirik. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gündə 30 illik işğala son qoyuldu, ərazi bütövlüyümüz bərpa olundu. Azərbaycan  qalib ölkəyə, Azərbaycan xalqı qalib xalqa çevrildi. Artıq 6-cı ildir ki, bayramlarımız sırasına 8 noyabr şanlı Zəfər Günü kimi daxil olub. Bu bayram sadəcə 44 günlük müharibənin yekunu deyil, 30 illik həsrətin, milli rəşadətin sarsılmaz xalq-ordu-rəhbər birliyinin və onilliklər boyu addım-addım işlənmiş dahi bir dövlətçilik strategiyasının zirvəsidir. Bu gün qürurla bəhs etdiyimiz tarixi zəfərimiz Azərbaycanın ən çətin günlərində xalqın təkidli tələbi ilə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından başlanan yolun uğurlarının zirvəsində dayanır.

1993-cü il ulu öndərin hakimiyyətə qayıdışı ilə Azərbaycanın həm dövlət müstəqilliyi xilas edildi, həm də gələcək böyük qələbələrimizin təməli qoyuldu. Ulu öndər yaxşı bilirdi ki, torpaqların işğaldan azad edilməsi üçün güclü iqtisadiyyat və müasir ordu quruculuğu mütləqdir. Onun rəhbərliyi ilə imzalanan Əsrin Müqaviləsi ölkəyə böyük investisiyalar gətirdi və Azərbaycanı regionun iqtisadi mərkəzinə çevirdi. Eyni zamanda ordu quruculuğu sahəsində atılan sistemli addımlar, hərbi kadırların hazırlanması və nizami ordunun formalaşdırılması gələcək Zəfərin ilk cığırları idi. Heydər Əliyev hər zaman vurğulayırdı ki, Azərbaycan öz törpaqlarının işğalı ilə heç vaxt barışmayacaq və nəyin bahasına olur olsun doğru bildiyi yoldan dönməyəcək.

Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev bu missiyanı ən ali səviyyəyə çatdırdı. Ölkə başçısı hakimiyyətə gəldiyi ilk gündən etibarən bütün fəaliyyətini tək bir hədəfə – torpaqlarımızın azad olunmasına yönəltdi. İqtisadi müstəqillik təmin olundu, Azərbaycan qlobal enerji və nəqliyyat layihələrinin mərkəzinə çevrildi, beynəlxalq arenada ölkəmizin hüquqi mövqeyi maksimum dərəcədə möhkəmləndirildi. Prezident İlham Əliyevin ən böyük xidmətlərindən biri də Azərbaycan Ordusunu dünyanın ən güclü 50 ordusu sırasına yüksəltməsi oldu. Ən müasir silahlar, pilotsuz uçuş aparatları, yüksək texnoloji hərbi arsenal və ən əsası vətənpərvər, döyüşkən gənc nəsil yetişdirildi.

2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq başlayan Dəmir Yumruq əməliyyatı xalqımızın qəhrəmanlıq dastanına çevrildi. 44 gün ərzində Azərbaycan Ordusu hər gün irəli getdi, düşmənin onilliklər boyu qurduğu və keçilməz hesab olunan istehkamlarını darmadağın etdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, həmçinin yüzlərlə kənd, qəsəbə və strateji yüksəkliklər bir-birinin ardınca azad olundu. Hər bir əsgər və zabitimiz ön cəbhədə canı bahasına döyüşərkən, arxa cəbhədə xalqımız bir yumruq kimi birləşdi. Ali Baş Komandanın xarici mediaya verdiyi onlarla müsahibə isə diplomatiya cəbhəsində informasiya blokadasını yardı və Azərbaycanın haqq səsini dünyaya çatdırdı. Nəhayət noyabrın 8-də Qarabağın tacı, mədəniyyətimizin beşiyi olan Şuşa şəhəri dünya hərb tarixinə düşəcək unikal bir əməliyyata – qəhrəman xüsusi təyinatlılarımızın sıldırım qayalara dırmaşaraq yüngül silahlarla düşməni əlbəyaxa döyüşdə məhv etməsi ilə azad olundu. 8 noyabr zəfəri yeni qələbələrimizə yol açdı. 2023-cü ildə keçirilən cəmi 23 saatlıq antiterror tədbirləri nəticəsində Xankəndi, Xocalı, Ağdərə və Xocavənddə separatizmin kökü tamamilə kəsildi. Azərbaycan Respublikasının Dövlət Bayrağı ölkəmizin bütün suveren ərazilərində əbədi olaraq dalğalanmağa başladı. Bu gün artıq Qarabağ tamamilə azaddır, suverenliyimiz bütövdür. Azad edilmiş torpaqlarda bərpa-quruculuq işləri aparılır, şəhərlər, kəndlər yenidən salınır, yollar, məktəblər, xəstəxanalar tikilir, Qarabağda həyat yenidən canlanır. Bütün bunlar şəhidlərimizin canı-qanı bahasına əldə olunan müqəddəs qələbələrin davamıdır.

6-cı ildönümünü böyük fəxrlə qeyd etdiyimiz Zəfər Günü Azərbaycan xalqının milli qürurunun bərpası günüdür. Hər il bu gün ölkənin hər yerində böyük coşqu ilə qeyd olunur, şəhidlərimizin xatirəsi dərin hörmətlə anılır, qazilərimizə minnətdarlıq ifadə olunur. Qalib Azərbaycan xalqı bu günü hər zaman böyük sevgi, minnətdarlıq və fəxarət hissi ilə yad edəcək, Zəfər Günü gələcək nəsillərə azadlığın və milli birliyin simvolu kimi ötürüləcək.

Düzgün.az

↑