Düzgün.az xəbər verir ki;Göyçay rayon Heydər Əliyev Mərkəzində “Ailə mübahisələrinin həllində mediasiyanın rolu və əhəmiyyəti” mövzusunda dəyirmi masa keçirilib.
Noyabrın 3-də “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Ailədaxili mübahisələrin həlli ilə bağlı mediasiya xidmətlərinin tətbiqinin genişləndirilməsi üçün müvafiq tədbirlər görülməsi barədə Azərbaycan Respublikasının Prezidenti sərəncamına uyğun olaraq Göyçay rayon İcra Hakimiyyəti və Göyçay rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Ailə mübahisələrinin həllində mediasiyanın rolu və əhəmiyyəti” mövzusunda maarifləndirici görüş keçirilib.
Dəyirmi masada Göyçay rayon 2 saylı Mediasiya Təşkilatının direktoru Akif Kərimov mövzu ilə bağlı çıxış edib. O, ailə mübahisələrinin həllində mediasiyanın əhəmiyyəti, mübahisələrin məhkəməyə müraciət edilmədən qarşılıqlı anlaşma və razılıq əsasında tənzimlənməsi, eləcə də mediasiyanın ailə münasibətlərinin qorunmasında rolu barədə ətraflı məlumat verib.
Dəyirmi masa iştirakçılarla fikir mübadiləsi və mövzu ətrafında müzakirələrlə davam edib.


