Düzgün.az xəbər verir ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, Orxan Fərmayıl oğlu Məmmədov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
1989-cu ildə Bakıda anadan olan Orxan Məmmədov Azərbaycan Dövlət İqtisad Universitetində, Bakı Dövlət Universitetində və Dövlət İdarəçilik Akademiyasında təhsil alıb. O, 2025-ci ilin martından Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb.

