Şənbə, 24 Oktyabr 2026 16:29:09 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
24 Oktyabr 2026
SON XƏBƏRLƏR
Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07
Siyasət

Tarixi Zəfərimizin Qubadlı zirvəsi

24.10.2026 14:58 · 2 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

       

Vətən müharibəsində qazanılan şanlı Qələbə zəngin tariximizin ən parlaq səhifəsi, indiki və gələcək nəsillərin hər zaman fəxr edəcəyi və iftixar duyacağı qəhrəmanlıq salnaməsidir. Müstəqilliyimizin şərəf səhifəsinə, tariximizin qəhrəmanlıq salnaməsinə çevrilən şanlı qələbəmiz işğal altında olan torpaqlarımızın azad edilməsi ilə yanaşı, Azərbaycanın çoxəsirlik tarixinə qızıl hərflərlə yazılan Qarabağ Zəfəri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli sərkərdəliyi, qəhrəman əsgər və zabitlərimizin şücaəti şəhidlərimizin qanı-canı bahasına qazanıldı. Bu möhtəşəm qələbə eyni zamanda milli birliyin təntənəsi oldu. Bu müharibə xalqımızın əyilməz ruhunu bütün dünyaya nümayiş etdirdi. 44 gün ərzində dünya Azərbaycan xalqının yenilməzliyinin, mübarizliyinin və onun rəhbərinin qətiyyətinin, siyasi müdrüklüyünün bir daha şahidi oldu.

          Bu tarixi zəfərlərin əbədiləşdirilməsi, gələcək nəsillərə ötürülməsi baxımından müstəsna əhəmiyyət kəsb edən şəhər günlərinin qeyd olunması bir daha tarixi yaddaşımızın bərpasına xidmət edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı zəfər xronikasının əbədiləşdirilməsinə xidmət edir. Həmin sərəncamdan irəli gələrək Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı şəhərinin rəşadətli Azərbaycan Ordusu tərəfindən azad edildiyi gün – 25 oktyabr tarixi Qubadlı Şəhəri Günü kimi müəyyən edilmişdir.

          2020-ci ilin oktyabrın 25-də Qubadlı şəhərinin işğaldan azad edilməsi Vətən müharibəsinin mühüm qələbələrindən biri kimi tarixə düşdü. Azərbaycan Ordusunun əzmi, hərbçilərimizin peşəkarlığı və qəhrəmanlığı nəticəsində strateji əhəmiyyətə malik şəhərin azad olunması sonrakı hərbi əməliyyatlar üçün də əlverişli şərait yaratdı. 30 ilə yaxın davam edən işğal şəhərin və kəndlərin simasını dəyişdirsə də, xalqın doğma torpağa bağlılığını qıra bilmədi. Qubadlının azadlığı Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində atılan qəytiyyətli addımlardan biri oldu. Bu Zəfər həm də uzun illər yurd həsrəti ilə yaşayan insanların öz torpaqlarına qovuşacağı günə inamını möhkəmləndirdi.

          İşğal dövründə Qubadlıda yaşayış evləri, sosial və mədəni obyektlər, yol və kommunikasiya infrastrukturu dağıdılmışdı. Rayon sakinləri doğma torpaqlarından didərgin düşərək uzun illər ağır məhrumiyyətlərlə üzləşmişdilər. Buna baxmayaraq Qubadlıya qayıdış arzusu nəsildən nəsilə ötürüldü. Bu gün həmin arzunun gerçəkləşməsi Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra həyata keçirilən ardıcıl dövlət siyasətinin nəticəsidir. Dağıdılmış yaşayış məntəqələrinin yenidən qurulması, keçmişin ağır izlərinin aradan qaldırılması ilə yanaşı, rayonun tarixi simasının bərpasına da xidmət edir. Azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq siyasətinin əsas istiqamətlərindən biri Qubadlının müasir şəhər kimi formalaşdırılmasıdır. Şəhərin 2040-cı ilədək inkişafına dair Baş Planın təsdiqlənməsi bu məqsədə sistemli yanaşmanın göstəricisidir. Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər həyata keçirilir. Planlı şəhərsalma, yaşayış sahələrinin yaradılması, sosial obyektlərin inşası və kommunal xidmətlərin qurulması Qubadlının gələcək mənzərəsini müəyyənləşdirir. Bütün bu işlər Qubadlının yalnız keçmiş şöhrətinin bərpasına deyil, gələcək nəsillər üçün müasir və dayanıqlı yaşayış məkanına çevrilməsinə hesablanıb. Azadlığına qovuşmasından ötən 6 ildə prezident İlham Əliyevin Qubadlı rayonuna 4 səfəri reallaşıb. İlk səfər Azərbaycan Bayrağının Qubadlıda ucaldılması ilə tariximizə qürur səhifəsi kimi yazılıb. Növbəti səfərlər çərçivəsində bir sıra infrastruktur layihələrin reallaşması baş tutub. Qısa müddətdə ölçüyəgəlməz bərpa-quruculuq işləri, sakinlərin öz yurdlarına köçürülməsi Azərbaycan xalqının qurucu xalq olduğunun, həm də iqtisadi və maliyyə imkanlarımızın təqdimatıdır.

          Qubadlı şəhərinin yenidən canlanması Azərbaycanın Zəfərdən sonra qarşıya qoyduğu məqsədlərin ardıcıl həyata keçirdiyini nümayiş etdirir. Qubadlının sabahı isə öz torpağında yaşayan, çalışan, qurub-yaradan və gələcəyə inamla baxan insanların əməyi ilə formalaşacaq. Bu gün görülən işlər rayonun iqtisadi və sosial həyatının bərpası ilə yanaşı, gələcəklər nəsillərin doğma yurdda firavan yaşaması üçün də möhkəm zəmin yaradır. Qubadlıda qurulan yeni həyat Azərbaycanın qələbə əzminin, dövlət qayğısının və xalqımızın öz torpaqlarına sarsılmaz bağlılığının ifadəsidir.

Düzgün.az

↑