Çərşənbə, 28 Oktyabr 2026 20:30:36 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
28 Oktyabr 2026
SON XƏBƏRLƏR
Dialoq mədəniyyəti və dövlət iradəsi: Azərbaycanın beynəlxalq mövqeyi28.10.2026 20:01 İlham Əliyev Aleksandr Zuyevi qəbul etdi26.10.2026 14:00 Prezident Migel Anxel Moratinosu qəbul etdi – FOTOLAR26.10.2026 13:50 İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi – FOTOLAR26.10.2026 13:40 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTOLAR26.10.2026 12:16 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Dialoq mədəniyyəti və dövlət iradəsi: Azərbaycanın beynəlxalq mövqeyi28.10.2026 20:01 İlham Əliyev Aleksandr Zuyevi qəbul etdi26.10.2026 14:00 Prezident Migel Anxel Moratinosu qəbul etdi – FOTOLAR26.10.2026 13:50 İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi – FOTOLAR26.10.2026 13:40 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTOLAR26.10.2026 12:16 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17
Gündəm

Təcili yardım maşınları niyə gecikir? – Rəsmi açıqlama

05.01.2026 23:23 · 325 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, son dövrlər ölkə üzrə təcili tibbi yardım xidmətinə daxil olan əsassız çağırışların sayında çox təəssüf ki, artım müşahidə olunur. Bu cür çağırışlar təcili tibbi yardım sisteminin operativliyinə mənfi təsir göstərir və real həyati təhlükə ilə üzləşən vətəndaşlara vaxtında tibbi xidmətin göstərilməsini çətinləşdirir.

Bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi məlumat yayıb.

“Əsassız çağırışların əhəmiyyətli hissəsi yüngül sağlamlıq narahatlıqları, o cümlədən bədən temperaturunun 37 dərəcə olması kimi tibbi cəhətdən təcili müdaxilə tələb etməyən hallarla bağlıdır. Bununla yanaşı, xroniki xəstəliklərdən əziyyət çəkən bəzi şəxslərin eyni ünvan üzrə bir gün ərzində minimum 4 dəfə təcili tibbi yardıma müraciət etməsi də daxildir.

Xüsusilə arterial təzyiqi yüksək olan şəxslər arasında mütəmadi olaraq təyin edilmiş dərman preparatlarının gündəlik qəbul edilməməsi halları müşahidə olunur. Halbuki bu dərmanlar həkim təyinatına uyğun olaraq davamlı şəkildə qəbul edilməlidir. Dərmanların qəbul edilməməsi nəticəsində səhhətdə narahatlıqlar yaranır və həmin şəxslər təcili tibbi yardıma müraciət etməyə məcbur qalırlar.

Bununla yanaşı, bir çox hallarda vətəndaşlar ambulansın ünvan üzrə çatma vaxtını öyrənmək məqsədilə 103 nömrəsinə təkrar zənglər edirlər. Bu cür müraciətlər nəticəsində çağrı mərkəzində xətt yüklənməsi yaranır və real olaraq təcili tibbi yardıma ehtiyacı olan şəxslərin 103 nömrəsinə düşməsində çətinliklər meydana çıxır.

Qeyd olunan hallar təcili tibbi yardım xidmətinin operativ fəaliyyətinə mənfi təsir göstərir və fövqəladə vəziyyətdə olan vətəndaşlar üçün əlavə risk yaradır”, – deyə məlumatda qeyd edilir. 

↑