DİN-in Mətbuat Xidmətindən  verilən məlumata görə, şəhər və rayonlarda, işğaldan azad olunmuş ərazilərdə, həmçinin magistral yollarda zəruri tədbirlər görülür.

Hərəkətin intensiv olduğu küçə və prospektlərdə, piyada keçidlərində əlavə polis naryadları cəlb edilib.

Gecə saatlarından etibarən təşkil edilən fasiləsiz xidmət zamanı digər dövlət orqanları ilə birgə yollar və yol nişanları qar və buzdan təmizlənir, təhlükəsizliyin təmin olunması məqsədilə ərazilərə qum və duz səpilir.

Polis əməkdaşları tərəfindən vətəndaşlara zəruri köməkliklər göstərilir, daxil olan müraciətlərə çevik reaksiya verilir.

Bu istiqamətdə işlər fasiləsiz olaraq davam etdirilir.