Cümə axşamı, 29 Oktyabr 2026 00:57:24 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
29 Oktyabr 2026
SON XƏBƏRLƏR
Dialoq mədəniyyəti və dövlət iradəsi: Azərbaycanın beynəlxalq mövqeyi28.10.2026 20:01 İlham Əliyev Aleksandr Zuyevi qəbul etdi26.10.2026 14:00 Prezident Migel Anxel Moratinosu qəbul etdi – FOTOLAR26.10.2026 13:50 İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi – FOTOLAR26.10.2026 13:40 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTOLAR26.10.2026 12:16 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Dialoq mədəniyyəti və dövlət iradəsi: Azərbaycanın beynəlxalq mövqeyi28.10.2026 20:01 İlham Əliyev Aleksandr Zuyevi qəbul etdi26.10.2026 14:00 Prezident Migel Anxel Moratinosu qəbul etdi – FOTOLAR26.10.2026 13:50 İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi – FOTOLAR26.10.2026 13:40 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTOLAR26.10.2026 12:16 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17
Gündəm

Gələn il taksi xidməti üçün buraxılış kartlarının verilməsi qaydası açıqlandı

29.12.2025 17:12 · 283 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişindaşımaları üçün verilən icazələrin əlavələrinin (buraxılış kartlarının) say həddi 25 000 (iyirmi beş min kvota) ədəd müəyyən edilib. Kvota ilə bağlı müraciət ərizələrinin qəbulu vaxtı isə 30 dekabr saat 23:59-da bitir.

Bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, yanvar ayından etibarən müraciətlərin qeydiyyatı və baxılması növbəlilik gözlənilməklə və şəffaflıq təmin edilməklə həyata keçiriləcək.

Növbəlilik sırası gücləndirilmiş imza (elektron imza) ilə göndərilən elektron ərizənin tarix və vaxtına görə müəyyən edilir. Növbədə olan nəqliyyat vasitələrinin sayı haqqında məlumatı AYNA-nın saytından əldə etmək mümkün olacaq.

Saytda, həmçinin buraxılış kartı qüvvədə olan nəqliyyat vasitələrinin sayı və kvotada yaranan boş yer barədə məlumatlar yer alacaq.

Kvotada boşalan yer sayı növbədə duran şəxsin nəqliyyat vasitələrinin sayından az olduqda növbə çatdıqda kvotadakı boş yer sayı qədər nəqliyyat vasitəsinə buraxılış kartı veriləcək, yerdə qalan nəqliyyat vasitələrinin növbədə qalması davam edəcək.

Növbədəki müraciətlərə ardıcıllıqla baxılacaq. Bir növbəyə baxılma bitmədikdə növbəti növbədəki müraciət ilə bağlı sistem üzərindən qərar qəbul edilməsi mümkün olmayacaq.

Növbəliliklə bağlı əlavə məlumatlar vaxtaşırı təqdim ediləcək.

↑