Quba Rayon Polis Şöbəsinin inzibati binasında baş tutacaq qəbulda Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyən vətəndaşlar Nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı 05.01.2026-cı il tarixinədək yaşadıqları ərazinin polis orqanına, habelə Nazirliyin “E-Polis” mobil tətbiqi,  e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı isə vətəndaş qəbulundan öncə, yəni yanvarın 6-da 08:00-da Quba Olimpiya İdman Kompleksində keçiriləcək. 

Qeyd edək ki, qəbula və sıra baxışına gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.