Bazar, 25 Oktyabr 2026 19:27:57 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
25 Oktyabr 2026
SON XƏBƏRLƏR
Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07
Gündəm

Daha bir neçə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

15.10.2025 19:19 · 397 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Sınıq Körpü (Qazax Sərhəd-Keçid Məntəqəsi), Bakı-Gəncə, Bakı-Mingəçevir, Bakı-Şəki, Gəncə-Saatlı, Gəncə-Kəlbəcər, Gəncə-Horadiz, Sumqayıt-Göyçay, Mingəçevir-Qax, Mingəçevir-Gəncə, Şəki-Gəncə, Bərdə-İmişli, Bərdə-Zaqatala, Ağdaş-Gəncə, Ağcabədi-Mingəçevir, Tərtər-Gəncə, Tərtər-Mingəçevir, Oğuz-Bərdə, Saatlı-Sumqayıt, Gəncə-Qazax və Qazax-Gəncə şəhərlərarası, həmçinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması məqsədilə paytaxtın 11,17, 18, 20, 21, 24, 30, 32, 35, 38, 44, 61, 65, 72, 79, 88, 93, 523, 535 və E2 nömrəli avtobus marşrutlarını müsabiqəyə çıxarır.

AYNA-dan  bildirilib ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli müvafiq qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Sənədlər 13 noyabr 2025-ci saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində qəbul ediləcək.

Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

• İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı-Sınıq Körpü (Qazax Sərhəd-Keçid Məntəqəsi), Bakı-Gəncə, Bakı-Mingəçevir, Bakı-Şəki, Gəncə-Saatlı, Gəncə-Kəlbəcər, Gəncə-Horadiz, Sumqayıt-Göyçay və Mingəçevir-Qax istiqamətlərində 9 lot üzrə noyabrın 20-də;

• Mingəçevir-Gəncə, Şəki-Gəncə, Bərdə-İmişli, Bərdə-Zaqatala, Ağdaş-Gəncə, Ağcabədi-Mingəçevir, Tərtər-Gəncə və Tərtər-Mingəçevir istiqamətlərində 9 lot üzrə noyabrın 28-də;

• Oğuz-Bərdə, Saatlı-Sumqayıt, Gəncə-Qazax və Qazax-Gəncə istiqamətlərində 7 lot üzrə dekabrın 1-də;

• paytaxtın 17 (11 nömrəli məktəb – Yeni Yasamal yaşayış massivi), 20 (Qaraçuxur qəsəbəsi – Tibb Universiteti), 21 (“28 May” m/st – “Əhmədli” m/st), 38 (Tibb Universiteti – Keşlə qəsəbəsi, 523 (Sumqayıt şəhəri – Xırdalan şəhəri) və 535 (Novxanı kəndi – Xırdalan şəhəri) nömrəli avtobus marşrutları üzrə 6 lotda dekabrın 3-də;

• Paytaxtın 24 (11 nömrəli məktəb – Qaraçuxur qəsəbəsi), 30 (“28 May” m/st – C.Naxçıvanski küçəsi), 32 (“28 May” m/st – C.Naxçıvanski küçəsi), 35 (Suraxanı rayonu – Ramiz Quliyev küçəsi), 44 (Murtuza Muxtarov adına park – “Neftçilər” m/st) və 72 (Köhnə Günəşli qəsəbəsi – “Sədərək” ticarət mərkəzi) nömrəli avtobus marşrutları üzrə 6 lotda dekabrın 5-də;

• Paytaxtın 18 (Nizami bağı – 9-cu mikrorayon), 61 (Azadlıq prospekti – 9-cu mikrorayon), 65 (9-cu mikrorayon – Azneft dairəsi), 79 (Mərkəzi Bank – M.Ə.Rəsulzadə qəsəbəsi), 88 (“Dərnəgül” m/st – 20-ci Sahə dairəsi), 93 (“Dərnəgül” m/st – Sabunçu dəmiryolu stansiyası) və E2 (Xırdalan şəhəri – “20 Yanvar” m/st) nömrəli avtobus marşrutları üzrə 7 lotda dekabrın 9-da baxılacaq.

↑