Bazar, 25 Oktyabr 2026 18:32:47 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
25 Oktyabr 2026
SON XƏBƏRLƏR
Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07
Gündəm

Notariat fəaliyyəti ilə məşğul olmaq istəyənlərin NƏZƏRİNƏ!

14.10.2025 17:06 · 391 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, noyabrın 14-də saat 11:00-da ölkə ərazisində, o cümlədən Naxçıvan Muxtar Respublikasında notariat fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqşünaslar üçün elan edilmiş müsabiqədə iştirak edən namizədlərlə test imtahanı keçiriləcək.

Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən verilən xəbərə görə, test imtahanı Dövlət İmtahan Mərkəzi (DİM) ilə birlikdə DİM-in Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50 ünvanında yerləşən elektron imtahanlar korpusunda kompüter vasitəsilə keçiriləcək.

İmtahanda buraxılış rejiminin və yerləşdirilmənin təmin olunması üçün namizədlər azı 1 saat əvvəl gəlməli, şəxsiyyət vəsiqəsini və imtahana buraxılış vərəqəsini mütləq təqdim etməlidirlər. Şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi olmadıqda namizəd imtahana buraxılmır.

Test imtahanı DİM tərəfindən ödənişli əsaslarla keçirilir. İmtahana buraxılış vərəqəsini DİM-in rəsmi saytında qeydiyyatdan keçməklə və müvafiq vəsaiti ödəməklə əldə etmək mümkündür.

İmtahana hazırlıqla bağlı “Yaddaş kitabçası”, “Test imtahanında kompüterdən istifadəyə dair Təlimat” və digər zəruri informasiya Ədliyyə Nazirliyinin rəsmi saytında yerləşdirilib, habelə Nazirliyə müraciət edənlər bu məlumatları əldə edə bilərlər.

Xatırladırıq ki, imtahanın keçirilməsi qaydalarına uyğun olaraq, test imtahanının nəticələrinə görə 60 və daha çox bal toplamış şəxslər ikinci mərhələyə – müsahibəyə buraxılacaqlar.

Əlavə məlumatları Nazirliyin rəsmi saytından, habelə (012) 510-10-01 (daxili nömrə: 10252 və ya 10270) nömrəli telefon vasitəsilə əldə etmək mümkündür.

İmtahan binasına getmək üçün naviqasiya məlumatları Nazirliyin rəsmi saytında yerləşdirilib.

↑