Düzgün.az xəbər verir ki, Azərbaycan Ordusunun ehtiyatda olan zabiti Göyçay rayon sakini, 1974-cü il təvəllüdlü baş leytenant Pərviz Babayev ötən gün ürək tutmasından vəfat edib.
Mərhum həm Birinci Qarabağ müharibəsinin, həmdə 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Ailəli idi, 3 övladı var.

