Bazar, 25 Oktyabr 2026 16:44:15 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
25 Oktyabr 2026
SON XƏBƏRLƏR
Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07
Gündəm

DYP bu şəxslərə xəbərdarlıq etdi

06.10.2025 10:36 · 478 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadaların təhlükəsizliyinin təmin olunması və onların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması daim diqqət mərkəzində saxlanılır.

Bu məqsədlə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən mütəmadi şəkildə nəzarət-profilaktik tədbirlər həyata keçirilir.

Təəssüflə qeyd edilməlidir ki, aparılan maarifləndirmə və təbliğat işlərinə, mediada və sosial şəbəkələrdə mütəmadi yayılan çağırışlara baxmayaraq, bəzi piyadalar hələ də təhlükəsizlik qaydalarına məsuliyyətsiz yanaşır. Belə laqeyd davranışlar bəzən onların özlərinin, eləcə də digər hərəkət iştirakçılarının həyatı üçün faciəvi nəticələrə gətirib çıxarır.

Aparılmış təhlillər göstərir ki, piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin əksəriyyəti piyada zolaqlarının və ya yeraltı, yerüstü keçidlərin yaxınlığında, xüsusilə də sutkanın qaranlıq vaxtında baş verir. Bu isə təhlükəsizlik qaydalarına əməl olunmamasının nə qədər ciddi fəsadlar doğurduğunu bir daha təsdiqləyir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün piyadalara müraciət edərək onları yolu yalnız müəyyən olunmuş piyada keçidlərindən istifadə etməklə  keçməyə, svetofor siqnallarının tələblərinə ciddi əməl etməyə, telefon və digər yayındırıcı vasitələrdən istifadə etməməyə, azyaşlı uşaqlarla hərəkət zamanı xüsusi diqqətli olmağa çağırır.

Unutmayaq ki, bir anlıq diqqətsizlik bir ömürlük peşmançılığa səbəb ola bilər.

Hər bir hərəkət iştirakçısı qaydalara əməl etməklə təkcə öz təhlükəsizliyini deyil, həm də başqalarının həyatını qoruyur.

↑