Bazar, 25 Oktyabr 2026 11:17:00 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
25 Oktyabr 2026
SON XƏBƏRLƏR
Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07
Siyasət

Zəfərimizin ilk müjdəsi; 4 oktyabr 2020-ci il, Cəbrayıl rayonu

04.10.2025 14:56 · 247 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Bu əlamətdar günün təsis olunması Cəbrayıl şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Belə ki, bu gün, 2020-ci il oktyabrın 4-də şəhərin erməni işğalçılarından təmizlənməsindən 5 il ötür.

44 günlük Vətən müharibəsində Cəbrayılın azad olunması və yenidən dirçəlişi milli tariximizin şanlı səhifələrindən birinə çevrilib. Postmüharibə dövründə reallaşdırılan bərpa və quruculuq işləri isə rayonun gələcək perspektivində sosial-iqtisadi inkişafına möhkəm zəmin yaradır.

Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal nəticəsində 1 şəhər, 4 qəsəbə və 92 kənd erməni vandalizminə məruz qaldı. 1050 kvadrat km ərazisi və 52000 nəfər əhalisi olan rayonun taleyi bir anın içində dəyişdi. İqtisadi və sosial infrastruktura ağır ziyan vuruldu, ümumilikdə 13,928 milyard ABŞ dolları məbləğində itki qeydə alındı. Təhsil, səhiyyə və mədəniyyət sahələri demək olar ki, aradan çıxarıldı – 72 məktəb, 8 xəstəxana, 132 tarixi abidə və 150 mədəniyyət ocağı, yüzlərlə yaşayış evi yerlə yeksan edildi.

İşğaldan sonra on minlərlə cəbrayıllı Azərbaycanın müxtəlif bölgələrinə səpələndi. Çadırlarda, vaqonlarda və yataqxanalarda uzun illər yaşamağa məcbur qaldılar. Lakin bu dövrdə məcburi köçkünlər doğma yurda qayıtmaq ümidini itirmədi, vətən sevgisi və qayıdış arzusu onların milli iradəsini gücləndirən əsas amil oldu.

2016-cı ildə aprel döyüşləri zamanı strateji əhəmiyyətə malik Lələtəpə yüksəkliyinin işğaldan azad olunması ilə Cəbrayılın Cocuq Mərcanlı kəndinə həyat qayıtdı. Bu, Böyük  Qayıdışın başlanğıcı idi. 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndləri işğaldan azad olunmuşdur.  Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 90 kənd işğaldan azad edildi.

Cəbrayılın azad edilməsinin 44 günlük Vətən müharibəsinin gedişində xüsusi rolu olub. Belə ki, Cəbrayıl azad olunduqdan sonra o vaxt işğal altında olan digər rayonlara uğurlu əks-hücum əməliyyatları aparmaq mümkün oldu. Cənab prezidentin qeyd etdiyi kimi ilk dəfə olaraq müharibənin birinci həftəsində Cəbrayılın şəhər, rayon mərkəzinin azad edilməsinin çox böyük rəmzi mənası var idi. Bu, bizim ordumuza əlavə güc, inam verdi. Cəbrayıldan sonra Azərbaycan ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrud qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Ardınca Zəngilan, Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi. Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü.

Cəbrayıl uğrunda döyüşlərin ən yadda qalan anlarından biri Xüdafərin körpüsündə Azərbaycan bayrağının ucaldılması oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə baş tutan bu hadisə həm tarixi, həm də siyasi baxımdan böyük rəmzi məna daşıdı. Həmin hadisə xalqımızın yaddaşına əbədi qürur anı kimi həkk olundu.

Postmüharibə dövründə Cəbrayılın bərpası prioritet istiqamətə çevrilib, burada “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb, müasir enerji infrastrukturu qurulub, yol layihələri icra olunmağa başlayıb. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu isə regionun nəqliyyat sistemində strateji rol oynayacaq. Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2023-cü il 25 iyul tarixli Qərarı ilə “Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilib. Beləliklə, Cəbrayıl müasir şəhərsalma prinsipləri ilə yenidən qurulacaq və burada 15 min nəfərin yaşaması nəzərdə tutulur. 2024-cü ilin 26 sentyabr tarixində ilk köç karvanın rayona qayıdışı Böyük Qayıdış prosesinin real başlanğıcı olub. Bu vaxta kimi Cəbrayıla 659 ailə – 2856 nəfər köçürülüb. Bu gün Cəbrayıl həm azadlığın, həm də dirçəlişin təzahürü kimi yeni həyatına qovuşur. Burada aparılan quruculuq işləri, həyata keçirilən layihələr və doğma yurda dönüş prosesi gələcəyə inamı daha da möhkəmləndirir. 4 oktyabrın Cəbrayıl Şəhəri Günü kimi qeyd olunması isə tarixi Zəfərin əbədiləşdirilməsi məqsədini daşıyır.

Düzgün.az

↑