Şənbə, 24 Oktyabr 2026 18:27:35 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
24 Oktyabr 2026
SON XƏBƏRLƏR
Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07
Bölgə

Beyləqanda spirtsiz içki istehsalı müəssisəsində yoxlama keçirilib – FOTOLAR

02.10.2025 16:22 · 600 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Beyləqan rayonu, Şəfəq qəsəbəsi, Magistral küçəsində fəaliyyət göstərən, Quliyev Fariz Oktay oğluna məxsus spirtsiz içki istehsalı müəssisəsində yoxlama keçirib.

Baxış zamanı müəssisədə sanitar-gigiyenik və sanitar-texniki qaydaların tələblərinin pozulduğu müəyyən edilib.

Eyni zamanda etiketlənmə ilə bağlı qanunvericiliyin tələblərinin pozulduğu məlum olub. Belə ki, müəssisədə üzərində istehsalçısı barədə məlumatlar olmayan, fərqli şəxslərin adları yazılan, guya müalicəvi təsirə malik olması barədə qeydlər olan “Qızıl Qala” və “Qızıl Qaya” əmtəə nişanlı spirtsiz içki etiketləri aşkarlanıb. Həmçinin müəssisədə başqa istehsalçılara məxsus şüşə butulkalar aşkarlanıb.

Araşdırma zamanı müəssisədə istehsal olunan suların Beyləqan rayonunda yerləşən “Röya” və “Kral” şadlıq saraylarında toy məclislərində istifadə edildiyi məlum olub. Belə ki, bu ictimai iaşə obyektlərində keçirilən yoxlama zamanı aşkar saxtalaşdırma əlamətləri olan digər istehsalçılara məxsus şüşə butulkalarda limonad, meyvə şirəsi, qazlı və qazsız sular aşkarlanıb. Sözügedən içkilərdən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində mikrobioloji göstəricilər üzrə uyğunsuzluq müəyyən edilib.

Faktla bağlı müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, aşkar edilmiş etiket və butulkaların məhv edilməsi barədə müvafiq qərar qəbul olunub.

 

 

 

 

↑