Polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları yarışların keçirildiyi bütün ərazilərdə ictimai qaydanın qorunması, insanların təhlükəsizliyinin təmin edilməsi, baş verə biləcək hər hansı neqativ və hüquqazidd halların qarşısının vaxtında alınması məqsədilə fasiləsiz rejimdə xidmət aparırlar.

Tədbirlər çərçivəsində oyunların keçirildiyi məkanlara giriş-çıxışların nəzarətdə saxlanılması, azarkeşlər, qonaqlar, xidmət personalı və media nümayəndələrinin təhlükəsiz şəkildə əraziyə daxil olması, ictimai və digər nəqliyyat vasitələrinin maneəsiz hərəkəti üçün məqbul şəraitin yaradılması istiqamətində zəruri tədbirlər görülür.

DİN əməkdaşları tərəfindən yüksək təhlükəsizlik şəraitində qonaqpərvərlik mühitinin təşkili davam etdirilir.