Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyi tərəfindən 8 Saylı Mingəçevir şəhər Ekologiya və Təbii Sərvətlər İdarəsi ilə razılaşma əsasında müəyyən olunmuş qrafikə əsasən, rayonun müxtəlif yerlərində həddindən artıq qol-budaq atıb ətraf mühitə təhlükə törədən ağacların budanması işləri həyata keçirilir.
Düzgün.az xəbər verir ki, 29 sentyabr tarixində növbəti budanma işləri rayonun Bakı küçəsində aparılıb. Yaşıllaşdırma Sahəsinin rəhbəri Cavanşir Qədirov başda olmaqla işçi qüvvə və texnika sözügedən əraziyə cəlb olunub.
Qeyd edək ki, sahənin rəhbəri C.Qədirov müəyyən olunmuş ağacların qurumuş budaqlarını budayıb.Budanılan budaqlar ərazidən götürülüb, sakinlərə yaranacaq təhlükənin qarşısı alınıb.
Səbuhi Eltonlu
Düzgün.az Şəhər Təsərrüfatı Birliyi








