Bazar, 25 Oktyabr 2026 09:21:47 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
25 Oktyabr 2026
SON XƏBƏRLƏR
Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07
Siyasət

“Prezident İlham Əliyevin BMT-dəki çıxışı bəşəriyyət üçün sülh, ədalət və tərəqqi formuludur”

28.09.2025 16:36 · 172 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün ABŞ-yə işgüzar səfəri olduqca məhsuldarlığı və ahəngdarlığı, xüsusi əlamətdarlığı ilə yadda qaldı.

Səfər zamanı keçirilən çoxsaylı görüşlər açıq şəkildə Azərbaycanın beynəlxalq arenadakı nüfuzunun göstəricisidir. Ən əsas məqamlardan bütün görüşlərin qarşı tərəfin təşəbbüsü ilə baş tutması idi. Prezident İlham Əliyevin dünyanın alternativ investisiyalar sahəsində ən böyük idarəedici şirkətlərin rəhbərləri ilə görüşündə bir daha Azərbaycanın cəlbedici tərəfdaş kimi önəminə diqqət yetirildi. Eyni zamanda müxtəlif ölkələrin rəhbərləri ilə keçirilən görüşlərdə Azərbaycanın Cənubi Qafqazda sülh və sabitlik təşəbbüskarı kimi mövqeyinin daha da güclənməsi bir daha ön plana çıxdı. Həmçinin ABŞ Prezidenti Donald Trampın Azərbaycan dövlət başçısı haqqında səsləndirdiyi yüksək səviyyəli fikirlər iki lider arasında səmimi münasibətlərin əyani təsdiqi idi.

Dövlət başçısının BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı isə səfərin  kulminasiyası oldu. Ölkə rəhbərinin BMT tribunasından etdiyi tarixi çıxış Azərbaycan  diplomatiyası  tarixində mühüm hadisə kimi yadda qaldı. Prezident çıxışında otuz illik işğal dövründə baş vermiş hadisələrə nəzər saldı və eyni zamanda yeni dövrdə qarşıda duran hədəfləri bəyan etdi.

Prezident İlham Əliyev çıxışına Ermənistanın həyata keçirdiyi etnik təmizləmə və hərbi cinayətlərin nəticələrinə toxunmaqla başladı. Bir milyon Azərbaycanlının öz yurdlarından didərgin düşməsi onların fundamental hüquqlarının kobud şəkildə pozulması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasız qalması beynəlxalq ədalətsizliyin bariz nümunəsi kimi göstərildi. Bu Azərbaycanı öz gücü ilə haqqını təmin etməyə əsas səbəb idi.

Daha sonra dövlət başçısı ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyinə diqqət çəkərək onun illərlə status kvonu qoruduğunu bildirdi. Bu isə süni şəkildə münaqişəni uzatmaqdan başqa bir işə yaramadı. Lakin Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq 2020-ci ildə özünü müdafiə hüququndan istifadə etdi. Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz 44 günlük Vətən müharibəsində işğala son qoydu, ərazilərimizi azad etdi və tarixi ədaləti bərpa etdi. Prezident İlham Əliyevin vurğuladığı kimi 2020-ci ilin noyabrın 10-u Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə tarixə yazıldı. Qələbədən sonra Azərbaycan Ermənistanla sülh müqaviləsinə hazır olduğunu bəyan etdi və beynəlxalq hüquqa əsaslanan 5 prinsipi irəli sürdü. 2022-ci ildən başlanan danışıqlar nəhayət nəticə verdi və 2025-ci ilin avqustunda Vaşinqtonda tərəflərin sülh sazişi mətninin paraflanması regionda sabitliyin əsasını qoydu. Burada diqqqətə layiq məqam odur ki, ABŞ Prezidenti Donald Trampın da şahid kimi sənədə imza atması prosesə beynəlxalq legitimlik verdi.

Prezidentin çıxışında xüsusi olaraq ABŞ Prezidentinin 907-ci düzəlişinin tətbiqinin dayandırılması qərarı tarixi addım kimi qiymətləndirildi. Bu, ikili standartlara, ədalətsizliyə son qoymaq və Azərbaycanın qlobal təhlükəsizlik sistemindəki rolunu tanımaq deməkdir. Prezident İlham Əliyev həm strateji tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlərə görə həm də Ermənistanla sülh prosesinə verdiyi dəstəyə görə ABŞ rəhbərliyinə təşəkkürünü bildirdi.

Dövlət başçısı nitqində Azərbaycanın quruculuq siyasətinə də toxundu. 2020-ci ildən sonra azad olunmuş ərazilərdə geniş miqyaslı yenidənqurma işlərinin aparıldığı qeyd olundu. Prezident İlham Əliyevin nitqində vurğulandı ki, Ermənistan tərəfindən yerlə yeksan edilmiş yüzlərlə şəhər və kənd, dağıdılmış tarixi və dini abidələr bu gün yenidən dirçəldilir. Böyük Qayıdış proqramı çərçivəsində artıq 50 mindən çox insan öz doğma torpaqlarında yaşayır, işləyir.

Eyni zamanda dövlətmizin qarşısında duran ən ağır humanitar problemlərdən mina təhlükəsi də beynəlxalq auditoriyanın diqqətinə çatdırıldı. 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə mina partlayışı nəticəsində 400-dən çox insanın həyatını itirdiyi və ya ağır yaralandığı faktını beynəlxalq ictimaiyyətin diqqətinə çatdıran ölkə rəhbərimiz mina probleminin hazırda da köçkünlərin təhlükəsiz qayıdışına əngəl yaratdığını xüsusi olaraq vurğuladı. Bundan başqa 4 minədək Azərbaycanlının işğal dövründə itkin düşməsi məsələsi də beynəlxalq ictimaiyyətin qarşısında ciddi məsələ olaraq qaldırıldı.

Azərbaycan Prezidenti çıxışında qlobal çağrışlara münasibətlərini də açıqladı. COP-29-a ev sahibliyi edən Azərbaycanın iqlim diplomatiyasında mühüm uğurlar qazandığı qeyd olundu. Prezident İlham Əliyev bildirdi ki, Bakı Maliyyə Hədəfi qlobal iqlim maliyyələşməsində tarixi mərhələ oldu və inkişaf etməkdə olan ölkələrə ədalətli dəstək prinsiplərini möhkəmləndirdi.

Prezident İlham Əliyev çıxışında eyni zamanda ölkənin daxili iqtisadi siyasəti, sosial tərəqqi məsələləri, ekoloji problemlər, enerji təhlükəsizliyi, nəqliyyat və rəqəmsal dəhlizlər və bu kimi istiqamətdə vacib məsələlərə də toxundu.

Dövlət başçısı nitqini yekunlaşdıraraq bildirdi ki, Azərbaycan həm müharibədə qələbə qazandı, həm də sülhü təmin etdi. İşğala son qoyuldu, ədalət zəfər çaldı, suverenlik möhkəmləndi. Prezident həmçinin vurğuladı ki, son illərdə əldə edilən uğurlar yalnız Azərbaycanın qələbəsi deyil, həm də beynəlxalq hüququn üstünlüyünün bərqərar olmasının sübutudur.

Prezident İlham Əliyev çıxışında vurğulandığı kimi: “Bizim baxışımız aydındır, bunlar beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf, dövlətlərin daxili işərinə qarışmama, qarşılıqlı hörmət və əməkdaşlıqdır. Dövlət başçısı bütün dünyanın ikili standartlardan uzaq, ədalətli və qanunun aliliyinə əsaslanan sülh mühitinə dəvət etdi.

Düzgün.az

 

↑