Şənbə, 24 Oktyabr 2026 17:25:26 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
24 Oktyabr 2026
SON XƏBƏRLƏR
Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07
Bölgə

Göyçayda 27 sentyabr Anım Günü münasibətilə tədbir keçirilib-FOTO

27.09.2025 13:16 · 593 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, 27 sentyabr 2025-ci il tarixdə Göyçay şəhər Şəhidlər Xiyabanında  Göyçay  rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 27 sentyabr Anım Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Natiq  Ağayev, Milli Məclisin deputatları  Məzahir Əfəndiyev, Sabir Hacıyev, hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, YAP rayon təşkilatının sədri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları şəhidlərin məzarları üzərinə gül dəstələri düzərək xatirələrini yad ediblər. 

Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlanan tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev çıxış edərək şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. Bu gün bütün Azərbaycan xalqı və dünya azərbaycanlıları müqəddəs vətənimiz uğrunda canından keçən şəhidlərimizin  xatirəsini dərin ehtiramla andığını vurğulayıb. Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzünün qarşısını almaq məqsədilə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Respublikasının Silahlı Qüvvələri bütün cəbhə boyu əks-hücum əməliyyatına başladığını Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız yüksək əzm və iradə göstərərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşərək, düşmənə sarsıdıcı zərbələr endirdiyini  diqqətə  çatdırıb.

Daha  sona Milli Məclisin deputatları  Məzahir Əfəndiyev, Sabir Hacıyev, şəhid Xəyyam Hüseynovun atası Hüseyn Hüseynov, şəhid Orxan Kərimlinin atası Akif Kərimov  və  rayon ziyalıları adından qabaqcıl tarix müəllimi Firəngiz Məmmədyarova çıxış  edərək 27 sentyabr hərbi-siyasi gücümüzün, milli ruhumuzun və milli həmrəyliyimizin təntənəsi olan böyük Zəfər qələbəsinin təməlinin qoyulduğu şərəfli bir tarix olduğunu  bildiriblər.  Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızın, şəhidlərimizin, qazilərimizin döyüş meydanında  onların hər birinin bir qəhrəman olduğunu və bu gün hər kəsin onlarla fəxr etdiyini, qürur duyduğunu qeyd ediblər.

Saat 12:00-da vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhər ərazisində nəqliyyat vasitələrinin və piyadaların hərəkəti dayandırılıb.

Tədbir iştirakçıları sonda şəhidlərin xatirəsinin uca tutulması məqsədilə ağacəkmə kampaniyasında iştirak ediblər.

 

Səbuhi  Eltonlu

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

↑