Şənbə, 24 Oktyabr 2026 17:25:47 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
24 Oktyabr 2026
SON XƏBƏRLƏR
Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07
Bölgə

Göyçayda 27 Sentyabr – Anım Gününə hazırlıq işləri görülüb-FOTO

26.09.2025 12:24 · 502 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, 27 Sentyabr – Anım Günü ilə bağlı rayonun mərkəzi hissəsində olan binaların üzərlərinə Azərbaycan  bayrağı asılıb. Bununla yanaşı, rayon İcra Hakimiyyəti yanında  Şəhər Təsərrüfatı Birliyinin Yaşıllaşdırma  sahəsi  tərəfindən Şəhidlər xiyabanının ərazisində  genişmiqyaslı abadlıq və təmizlik işləri həyata keçirilib.

Belə  ki, Şəhidlər xiyabanının işıqlandırılması üçün nəzərdə tutulan plafonlardakı nasazlıqlar aradan qaldırılıb, ərazinin ot örtüyü  biçilib.Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən Göyçay şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə inşa edilən  Əbədi Məşəl Abidəsinin  önündə güllərdən kompozisiya  hazırlanıb, Azərbaycan və Türkiyə Respublikalarının bayraqları asılıb, mərmərlərin üzəri  təmizlənib.

Bildirək  ki, sabah  Göyçay rayon İcra Hakimiyyəti   təşkilatçılığı ilə “27 Sentyabr – Anım Günü” münasibətilə  Şəhidlər  Xiyabanında  ağacəkmə aksiyası keçirilməsi nəzərdə  tutulub.Bunun üçün  əkiləcək  ağacların  yerləri  müəyyən olunub, torpaq  örtüyü  hamarlanıb, çalalar  qazılıb və  əkilməsi  üçün lazım olan zəruri  hazırlıq işləri  görülüb.

Səbuhi Eltonlu

 

 

 

 

↑