Bazar, 25 Oktyabr 2026 08:16:28 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
25 Oktyabr 2026
SON XƏBƏRLƏR
Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07
Siyasət

İlham Əliyev “Global Infrastructure Partners” şirkətinin təsisçisi ilə görüşüb – FOTO

24.09.2025 23:30 · 385 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, sentyabrın 24-də Nyu-Yorkda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qlobal infrastruktur investisiya idarəetmə şirkəti “Global Infrastructure Partners”in təsisçisi, sədri və baş icraçı direktoru Bayo Oqunlesi ilə görüşü olub.

Görüşdə infrastruktur sahəsində beynəlxalq tərəfdaşlıq imkanları və bu sahəyə yönələn birgə investisiyaların regional iqtisadi əlaqələrin genişləndirilməsində rolu müzakirə edilib.

Prezident İlham Əliyev 2024-cü ildən Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə bu şirkət arasında qurulan uğurlu tərəfdaşlığı vurğulayaraq, xüsusilə İtaliyanın aparıcı sürətli dəmir yolu operatoru “Italo”ya yatırılan birgə sərmayəni səmərəli əməkdaşlığın nümunəsi kimi qiymətləndirdi. Dövlətimizin başçısı, həmçinin şirkətin hava limanlarının idarə olunması, enerji keçidi və süni intellekt infrastrukturu kimi sahələrdə təcrübəsinin gələcək əməkdaşlıq üçün böyük imkanlar açdığını dedi.

Adebayo Oqunlesi Azərbaycanın strateji coğrafi mövqeyinin və dayanıqlı inkişaf prioritetlərinin infrastruktur sahəsində uzunmüddətli investisiyalar üçün mühüm imkanlar yaratdığını vurğuladı. O, rəhbərlik etdiyi şirkətin enerji keçidi, nəqliyyat və rəqəmsal infrastruktur sahələrində Azərbaycanla əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduğunu bildirdi.

Qeyd edək ki, “Global Infrastructure Partners” şirkəti 2006-cı ildə ABŞ-da təsis edilib. Hazırda təxminən 170 milyard ABŞ dolları məbləğində aktivləri idarə edən şirkətin Nyu-York, London, Sinqapur, Sidney və digər qlobal maliyyə mərkəzlərində ofisləri fəaliyyət göstərir. “Global Infrastructure Partners”in nəzarət etdiyi bərpaolunan enerji sahəsindəki şirkət ABŞ-da bu sahədə aparıcı şirkətlərdən biridir.

↑