Bazar, 25 Oktyabr 2026 10:37:43 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
25 Oktyabr 2026
SON XƏBƏRLƏR
Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07
Gündəm

ADY fəaliyyətinə dair yayılan məlumatlara münasibət bildirdi

25.09.2025 13:03 · 278 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC son günlər bəzi KİV-də ADY-nin fəaliyyətinə dair yayılan məlumatlara münasibət bildirib. 

Qurumdan  verilən məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) ekoloji məsuliyyət prinsiplərinə sadiq qalaraq kağızdan istifadənin minimuma endirilməsi və ətraf mühitə mənfi təsirin azaldılmasını təşviq etməyə davam edir. 

Rəqəmsallaşma və dayanıqlılıq

2023-cü il iyulun 1-dən etibarən kağız istifadəsinin azaldılması məqsədilə Abşeron dairəvi dəmir yolu marşrutu üzrə kağız biletlərin satışı dayandırılıb. Həmçinin Ağdam, Bərdə, Köçərli, Qazax, Ləki və Ucar stansiyaları, Göynük, Qorağan, Əliabad, Göyəm və Təzəkənd dayanacaqları istifadəyə verildikdən sonra bu istiqamətlər üzrə bilet satışı onlayn qaydada təşkil edilir.

Xidmət keyfiyyətinin yüksəldilməsi nəticəsində son illər bilet alışında “ADY Mobile” mobil tətbiqi və ADY-nin rəsmi saytının payı nəzərəçarpacaq dərəcədə  artıb. Artıq “ADY Mobile” istifadəçilərinin sayı 300 min nəfəri ötüb. 

2023-cü ilin 8 ayında rayonlararası istiqamətlər üzrə biletlərin 48 faizi, 2024-cü ilin 8 ayında 65 faizi, bu ilin eyni dövründə isə 71 faiz onlayn şəkildə alınıb. 

Eyni zamanda, ADY-nin 2023-2028-ci illər üçün rəqəmsallaşma strategiyasına müvafiq olaraq mərhələli şəkildə bütün xidmətlər elektronlaşdırılır. Eyni zamanda, yükdaşımaları sahəsində də artıq xidmətlər elektronlaşdırılıb, ölkə daxili yükdaşımaları isə artıq kağızsız qaydada, elektron imza ilə həyata keçirilir. 

Sərnişinlər onlayn bilet satışının 7/24 aktiv olması nəticəsində məkan və zamandan asılı olmayaraq həm özlərinə, həm də ailə üzvləri və yaxınlarına daha rahat və növbə gözləmədən bilet almaqla vaxtlarına maksimum qənaət edirlər.

ADY rəqəmsal xidmətlərin inkişafı ilə yanaşı, hər kəsin, o cümlədən yaşlı insanların və texnologiyadan istifadə imkanları məhdud olan sərnişinlərin rahatlığını da nəzərə alır. Bu məqsədlə:

•    Dəmir yolu stansiyalarında əməkdaşlarımız sərnişinlərə yerindəcə onlayn biletin alınmasında kömək göstərirlər.

•    1822  çağrı mərkəzi vasitəsilə sərnişinlərə bilet seçimi və alışında dəstək verilir.

Optimallaşdırma və daxili proseslərin təkmilləşdirilməsi

Qurum daxilində resurslardan daha səmərəli istifadə və xidmətlərin müasirləşdirilməsi məqsədilə optimallaşdırma tədbirləri həyata keçirilir. Bakı və Gəncə dəmiryol kassalarının fəaliyyətinin dayandırılması ilə əlaqədar olaraq, kassa əməkdaşlarının bir qismi başqa işə keçirilib, bir qismi isə başqa işə keçirilmə təklifini qəbul etməyib. 

Ümumilikdə isə daxili strukturun təkmilləşdirilməsi çərçivəsində kassaların fəaliyyətinin dayandırılması ilə bağlı 24 ştat ixtisara salınıb. Bu isə ümumi əməkdaş sayının 0,16 faizidir.

ADY-nin fəaliyyəti ilə bağlı məlumatlar yayarkən şirkətin mövqeyinin işıqlandırılmasını ictimaiyyətin düzgün məlumatlandırılması baxımından vacib hesab edirik.

↑