Şənbə, 24 Oktyabr 2026 16:30:04 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
24 Oktyabr 2026
SON XƏBƏRLƏR
Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07
Bölgə

Masallıda antik dövrə aid küp məzarı üzə çıxıb

23.09.2025 13:21 · 506 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, Masallı rayonunun Eminli kəndi ərazisində xilasetmə tədbirləri nəticəsində antik dövrə aid küp məzarı tapılıb və tədqiq edilib.

Bu barədə AMEA Arxeologiya və Antroplogiya İnstitutundan məlumat verilib.

Bildirilib ki, institutun aparıcı elmi işçiləri, dosent Anar Ağalarzadə və Dmitriy Kiriçenkonun apardığı qazıntılar zamanı üzə çıxmış və şərti olaraq “3 №li küp məzarı” kimi qeyd edilmiş bu maraqlı dəfn abidəsi düzən sahədə 40 sm dərinlikdən tapılıb.

Maraqlı xüsusiyyət ondan ibarətdir ki, məzar bütünlüklə dəniz balıqqulağı ilə örtülmüş və hətta dəfn küpünün içərisi də balıqqulağının təsirindən ciddi zədələnib. Bunun da başlıca səbəbi dəfndən çox sonralar arealı Xəzər dənizinin qabarması nəticəsində su basmış və qəbirlər uzun müddət su altında qalıb.

Tədqiq olunan küp qəbir yanüstə, ağız hissəsi qərb istiqamətində basdırılıb. Dəfn qabının ağzının bir tərəfində keyfiyyətsiz gildən zəif hazırlanmış bir qulplu küpə qoyulub, lakin kəskin rütubətin təsirindən qeyd olunan qab dağılıb. Küpün kənarında bir kiçikhəcmli ağzı novçalı qab da qoyulub. Bu qab oynoxoya (və ya enoxoya) tipli, ağzı yuvarlaq şəkildə üç yerə şaxələnən təkqulplu dolçadır. Adının mənasından bilindiyi kimi, şərab saxlamaq üçün istifadə olunub. Dəfn prosesi zamanı küpün ağız tərəfində ocaq yandırılmışdır ki, bu da elmi ədəbiyyatda pis və şər ruhlardan təmizlənmək anlamına gəlməkdədir.

Küpün içərisində sıx bükülü şəkildə, sağ yanı üstə, üzü cənub-qərb istiqamətində insan dəfn edilib.

Antropoloq D.Kiriçenkonun fikrincə, küp qəbirdəki insan Qafqaz görünüşünə malik yetkin kişi skeletinin qalıqlarıdır. İnsanın dişlərində ciddi aşınma, həmçinin kariyes və diş daşları olub. Skeletin bud sümükləri yüksək fiziki fəaliyyətin göstəricisidir ki, bu da “atlı döyüşçü” kimi qiymətləndirilə bilər. Qəbirdən aşkar edilən dəmir cida ucluğu dolayısı ilə qeyd olunan fikirləri təsdiqləyir. Belə ki, dəfn olunan insan at sürən və nizə atan döyüşçü kimi, çox güman ki, süvarilərə mənsub olub.

Skeletin ətrafında üç balaca miniatür qab (yağ və ya ətriyyat qabı) və bir kasa tipli qab qoyulub. Qəbirdən aşkar edilmiş saxsı qablar həm yerli saxsı məmulatları, həm də Aralıq dənizi regionundan gətirildiyini güman etməyə imkan verir.

Küpün içərisindən çoxlu sayda müxtəlif tipli və ölçülü muncuqlar və skeletin qulağında bir cüt, üzərində qaynaqlama üsulunda üzüm təsviri formasında hazırlanmış qızıl sırğalar tapılıb.

Qeyd edilib ki, Eminli küp qəbrini Azərbaycanın cənub-şərqində qədim dövrə aid həm yerli istehsal, həm də xaricdən gətirilən dəyərli əşyaları özündə ehtiva edən hələlik yeganə zəngin dəfn abidəsi hesab etmək olar.

 

↑