Bazar, 25 Oktyabr 2026 06:06:08 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
25 Oktyabr 2026
SON XƏBƏRLƏR
Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07
Siyasət

Antiterror əməliyyatı – Tariximizin qürur səhifəsi

16.09.2025 21:10 · 216 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Şanlı Azərbaycan Ordusu tərəfindən Qarabağda həyata keçirilən lokal xarakterli antiterror əməliyyatlarından iki il ötür. Dövlətçilik tariximizə yazılmış 2023-cü il 19-20 sentyabr tarixləri Azərbaycan xalqının əbədi qürur mənbəyi olacaq. Azərbaycan 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfər qazanmaqla şanlı tarix yazdı. Bundan sonraki mərhələdə isə cəmi bir günlük antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam təmin edildi, sərhədlərimiz bütövləşdi. Əslində bu əməliyyat təkcə hərbi qələbə deyil, həm də beynəlxalq hüquq çərçivəsində dövlət suverenliyinin bərpası, ərazi bütövlüyünün tam təmin edilməsi və milli təhlükəsizliyin möhkəmləndirilməsi baxımından tarixi dönüş nöqtəsi oldu.

2020-ci ilin noyabrın 10-da Ermənistanının imzaladıği kapitulyasiya aktından sonra Azərbaycanın Qarabağ bölgəsində bu işğalçı dövlətin silahlı qüvvələrinin birləşmələri mövcud idi. Halbuki, Üçtərəfli Bəyanata əsasən Qarabağ bölgəsindəki erməni yaraqlıları tərkisilah edilməli idilər . Azərbaycan işğala məruz qalan tərəf olsada Qarabağda baş vermiş gərginliyin aradan qaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşayışını təmin edəcək reinteqrasiya prosesinin normal davam etməsi və məsələnin ikitərəfli danışıqlar yolu ilə həllini tapması üçün 3 il müddətində əlindən gələni etdi. Təəsüf ki, Azərbaycanın humanist çağırışlarının əvəzində bu bölgədə erməni silahlı qüvvələri sayını artırmaqla, yeni silahlar alıb təxribatlar törətməklə məşğul idilər. Vəziyyət o həddə çatmışdı ki Qarabağda separatçıları müstəqillik iddialarından əl çəkmir, özlərinin oyuncaq “prezident” lərini seçir, qondarma “parlament” ləri adından Azərbaycan dövlətinin əlehinə bəyanatlar verirdilər. Xüsusəndə 2023-cü il setyabrın 19-da baş verən mina partlayışları, hərbi postların atəşə tutulması Azərbaycan üçün son xəbərdarlıq oldu. Separatizmə son qoyulmalı idi!

Azərbaycan ordusunun həyata keçirdiyi antiterror əməliyyatı yüksək dəqiqlik və peşəkarlıqla icra edildi. Qısa müddətdə düşmənin əsas hərbi infrasturukturları sıradan çıxarıldı, yüzlərlə texnika məhv və ya ələ keçirildi. Azərbaycan tərəfinin humanitar qaydalara uyğun olaraq mülki əhaliyə zərər vurmadan həyata keçirdiyi bu əməliyyatlar nəticəsində bölgədəki erməni əhalisinin təhlükəsizliyinə də zəmanət verildi. Müdafiə Nazirliyi əməliyyatlara başlamazdan əvvəl bütün hərbi birləşmələrimizə ciddi tapşırıq vermişdi ki aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır. Əməliyyat öncəsi erməni sakinlərinə xəbərdarlıqlar edildi, onların təhlükəsizliyi təmin olundu, humanitar yardım göstərildi. Bu, Azərbaycanın həm beynəlxalq hüquqa, həm də humanist dəyərlərə sadiqliyinin bariz nümunəsi idi.

Bu uğurlu əməliyyat nəticəsində separatçı qüvvələr cəmi 23 saat 43 dəqiqə ərzində ağ bayraq qaldırmağa məcbur oldular. Uğurla həyata keçirilən tədbirlər sayəsində Qarabağda erməni separatizminin kökü bir dəfəlik kəsildi. Vətən müharibəsində ölkəmizin qazandığı misilsiz Qələbədən sonra antiterror əməliyyatları nəticəsində separatçıların təslim olması Azərbaycan dövlətinin növbəti hərbi – siyasi qələbəsi olaraq tariximizə qürur səhifəsi kimi yazıldı. Ardınca Xankəndi, Xocalı, Ağdərə, Xocavənd , Əsgəranda üçrəngli dövlət bayrağımızın yüksəldilməsi ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün tam bərpası ilə yekunlaşdı.

2024-cü ilin sentyabrında prezident İlham Əliyevin imzaladığı Sərancamla 20 sentyabr tarixi Dövlət Suverenliyi günü elan olundu. Bu qərar təsadüfü deyildi. Çünki məhz həmin gün Azərbaycanın dövlət suverenliyi tam təmin edildi, əsirlər boyu mübarizə apardığımız torpaqlarımız üzərində hüquqi – siyasi hakimiyyət bərqərar oldu.

Beləliklə 19-20 sentyabr antiterror əməliyyatı Azərbaycanın tarixində yalnız hərbi qələbə deyil, həm də dövlətçilik fəlsəfəsinin, milli birliyin və siyasi iradənin təntənəsi kimi qalacaq. Bu Zəfər həm xalqımızın mübarizə ruhunu, həm də müstəqilliyimizin dönməzliyini bütün dünyaya nümayiş etdirdi. Azərbaycanın suverenliyi əbədi olaraq təmin edildi və gələcək nəsillərə azad, güclü dövlət miras qoyuldu.

Düzgün.az

↑