Düzgün.az xəbər verir ki, Azərbaycanın Xalq rəssamı Nazim Bəykişiyev vəfat edib.
Bu barədə rəssamın yaxınları sosial mediada məlumat yayıblar.
Qeyd edək ki, Nazim Bəykişiyev bir müddətdir ağciyər xərçəngindən əziyyət çəkirdi.
Xatırladaq ki, Dövlət Mükafatı laureatı Nazim Bəykişiyev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, eləcə də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının quruluşçu rəssamı və baş rəssamı olub.
