Düzgün.az xəbər veririr ki, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin yaranmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib.
Tədbir iştirakçıları ilk növbədə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin abidəsini ziyarət edərək, dərin ehtiramlarını bildiriblər.




Yubiley tədbirində Respublikamızın müxtəlif bölgələrində yerləşən kollec rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, müəllim və tələbə heyəti iştirak edib.

Tədbir çərçivəsində rəsmi çıxışlar dinlənilib;
Kollecin 80 illik zəngin tarixini əks etdirən videoçarxlar nümayiş olunub;
Tələbələrimizin hazırladığı maraqlı bədii hissə təqdim edilib.

Tədbir zamanı uzun illər təhsil sahəsində fədakarlıqla çalışan müəllimlərimiz və kollecin ictimai həyatında fərqlənən fəal tələbələrimiz təltif olunublar. Daha sonra region kolleclərində qarşılıqlı əlaqələrin və tədrisin keyfiyyətinin artırılması məqsədilə kolleclər arasında əməkdaşlıq müqaviləsi imzalandı.

Tədbirin sonunda xatirə şəkilləri çəkilib. Tədbirdə iştirak edən bütün qonaqlarımıza təşəkkür edirik.

