Şənbə, 24 Oktyabr 2026 22:27:56 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
24 Oktyabr 2026
SON XƏBƏRLƏR
Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07
Gündəm

Ali Məhkəmə mənəvi zərərlə bağlı mübahisələrə dair qərar verdi

29.08.2025 12:22 · 410 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası mənəvi zərərin ödənilməsi ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

Bu barədə Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, iş üzrə iddiaçı həm maddi, həm də mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət edib, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək cavabdehdən mənəvi təzminat və vəkil xərclərinin ödənilməsi barədə qərar verib. Lakin iddiaçı məhkəmə qətnaməsi qəbul edildikdən sonra vəfat edib.

Bu halda əsas hüquqi məsələ iddiaçının vəfat etməsinin mənəvi zərərin ödənilməsi tələbinə təsiri ilə bağlıdır.

Ali Məhkəmənin mövqeyinə görə, iddiaçı qətnamə qəbul edilənə qədər vəfat edərsə, iş üzrə icraata xitam verilə bilər. Lakin qətnamə qəbul edildikdən sonra iddiaçının ölümü işin icraatına maneə yaratmır və mənəvi zərərin ödənilməsi tələbi vərəsələr tərəfindən davam etdirilə bilər.

Mənəvi zərərin özü şəxsin qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranan zərərdir və ilkin mərhələdə şəxsi hüquq kimi qəbul edilir. Lakin bu tələb hüquqi prosedur əsasında irəli sürüldükdən sonra, yəni iddiaçının məhkəməyə müraciəti və ya yazılı tələb göndərməsi ilə artıq hüquqi baxımdan əmlak xarakteri daşıyır. Bu da mənəvi zərərin ödənilməsi tələbinin şəxsin ölümündən sonra da vərəsələrə keçməsini mümkün edir.

Mülki Məcəllənin 1151.1-ci maddəsi də göstərir ki, miras qoyanın malik olduğu əmlak hüquqları və öhdəlikləri onun vəfatı ilə vərəsələrə keçir. Bu səbəbdən mənəvi zərərin ödənilməsi ilə bağlı iddialar da, əgər tələb müvafiq qaydada irəli sürülübsə, vərəsələr tərəfindən təqib edilə bilər.

Yekun olaraq vurğulamaq lazımdır ki, mənəvi zərərin ödənilməsi tələbi məhkəməyə təqdim edildikdən sonra, bu tələb artıq şəxsə bağlı şəxsi hüquq statusundan çıxaraq, əmlak hüququna çevrilir və iddiaçının vəfatından sonra da hüquqi davamlılığı təmin olunur.

↑