Bazar, 25 Oktyabr 2026 00:32:23 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
25 Oktyabr 2026
SON XƏBƏRLƏR
Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07
Siyasət

Türkmənistan Zirvəsi Türk dünyası birliyinə yeni nəfəs verdi

25.08.2025 19:13 · 592 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Bu gün prezident İlham Əliyevin yürütdüyü mükəmməl xarici siyasətin nəticəsi olaraq Azərbaycan regionda sabitliyin qarantı olmaqla yanaşı, həm də bölgənin iqtisadi yüksəlişinin təminatçısına çevrilib. Azərbaycanın hazırki geopolitik durumu dövlətimizin regional liderliyini beynəlxalq arenada ən yüksək həddə çatdırıb. Son antiterror tədbirlərindən sonra Azərbaycanın ərazi bütövlüyünü tam təmin etməsi ilə Cənubi Qafqazda yaranmış yeni siyasi şərait ölkəmizin mövqeyini daha da möhkəmləndirib. Beynəlxalq birliyin ən fəal üzvlərindən birinə çevrilən Azərbaycan regionda və dünyada mehriban qonşuluq siyasəti yürüdür, böyük dövlətlərlə, nüfuzlu beynəlxalq təşkilatlarla qarşılı faydalı əməkdaşlığı daha da möhkəmləndirir. Avqustun 22-də Prezident İlham Əliyevin Türkmənistana səfəri də faydalı əməkdaşlığın nümunələrindən biridir. Azərbaycanla Türkmənistan arasında münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan – Türkmənistan münasibətlərinin zəngin tarixi var. Bu münasibətlər həmişə sıx, səmimi olub, indi isə strateji əhəmiyyətli münasibətlər səviyyəsinə yüksəlib.

Azərbaycanın xarici siyasətinin əsas və sarsılmaz istiqamətlərindən birini Türk dövlətləri ilə qurulan möhkəm və hərtərəfli münasibətlər təşkil edir. Bu münasibətlər Türk dövlətlərinin vahid güc mərkəzinə çevrilməsi istiqamətində mühüm addımların atılmasına xidmət edir və regionun geosiyasi əhəmiyyətini daha da artırır. Bu baxımdan prezidentin Türkmənistana səfəri ölkələrimiz arasında səmimi və sarsılmaz qarşılıqlı maraqlar üzərində qurulan əlaqələrin tamamilə yeni mərhələyə qədəm qoymasından xəbər verir. Sözügedən səfər eyni zamanda regionda qardaşlıq və strateji tərəfdaşlıq prinsiplərinin daha bir parlaq nümunəsinə çevrildi. Prezidentin qeyd etdiyi kimi Azərbaycan və Türkmənistanın mövqeləri tam üst-üstə düşür, hər iki tərəf gələcək əməkdaşlığa hazırdır və regionun inkişafı üçün ortaq addımlar atmağa sadiqdir. Əsas məqam isə odur ki, iki qardaş ölkələr bundan sonra da çiyin-çiyinə irəliləyəcək, bütün məsələləri dostluq və qardaşlıq şəraitində həll edəcək. İkitərəfli əməkdaşlıq digər imkanları da genişləndirəcək.

Səfər çərçivəsində imzalanan sənədlər və razılaşmalar Azərbaycan və Türkmənistanın birgə layihələr həyata keçirməsi üçün zəmin yaradır. Prezidentin çıxışında vurğulandığı kimi bu görüşlər çərçivəsində iki ölkənin iqtisadiyyat, ticarət, investisiya, infrastruktur sahələrində əməkdaşlıq, xüsusilə enerji və nəqliyyat sektorunda həyata keçiriləcək ortaq layihələr ölkələrimiz arasında strateji tərəfdaşlığı daha da dərinləşdirəcək.

Səfər çərçivəsində Avazada imzalanmış Arxadağ və Füzuli şəhərlərinin qardaşlaşması barədə sənəd Azərbaycan – Türkmənistan münasibətlərinin dərin qardaşlıq təməlini təsdiq edən mühüm siyasi və mədəni addım kimi tarixə düşdü. Digər mühüm məqamlardan isə Türkmənistanın Füzuli şəhərində inşa edəcəyi məscid barədə qərarı və bu təşəbbüsün qardaş türkmən xalqının Azərbaycan xalqına mənəvi dəstəyini, həm də işğaldan azad edilmiş torpaqlarda birgə mədəni-mənəvi irsin dirçəlişinə xidmət etdiyinin xüsusi qiymətləndirilməsidir. Dövlət başçısı qeyd etdi ki, artıq məscidin memarlıq layihəsi hazırlanıb və yaxın gələcəkdə onun təməlinin qoyulması planlaşdırılır.

Dövlət başçısı çıxışında Azərbaycan və Özbəkistan münasibətlərindən bəhs edərək bildirdi ki, bu münasibətlər qardaşlıq və strateji müttəfiqlik prinsiplərinə əsaslanır. Ölkələrimiz türkdilli dövlətlər ailəsinin üzvü olaraq siyasi, iqtisadi, mədəni sahələrdə geniş əməkdaşlıq həyata keçirir. Bununla yanaşı dövlətlərimiz arasında ticarət dövriyyəsinin dinamik artımı, kənd təsərrüfatı, nəqliyyat, enerji və sənaye sahələrində imzalanmış çoxsaylı müqavilələr qarşılıqlı əlaqələrimizin daha da dərinləşdiyinin açıq nümunəsidir. Prezident İlham Əliyev bəyanatında xüsusi vurğuladı ki, Azərbaycan – Özbəkistan münasibətləri təkcə bəyanatlarla deyil, əməli addımlarla sübut olunmuş qardaşlıq üzərində qurulub.

Prezident Azərbaycan – Özbəkistan qardaşlığının nümunələrinə diqqət çəkərək qeyd etdi ki, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən sosial layihələrdə bu öz əksini tapıb. Prezidentin qeyd etdiyi kimi Özbəkistanın təşəbbüsü ilə Xankəndidə böyük tikiş fabriki fəaliyyətə başlayıb. Hazırda burada 200-dən çox insan çalışır, onların böyük əksəriyyəti qadınlardır. Bu təşəbbüs Qarabağda məşğulluğun artırılması, qadınların sosial-iqtisadi həyata cəlb edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Bundan əlavə, Füzuli şəhərində dahi özbək mütəfəkkiri Mirzə Uluqbəyin adını daşıyan 960 şagird yerlik orta məktəbin inşası Qarabağın dirçəlişinə simvolik töhfədir. Bu addım Özbəkistan və Azərbaycan xalqları arasında sarsılmaz dostluğun daha bir təcəssümüdür.

Səfər çərçivəsində yüksək səviyyəli görüşün ən mühüm nəticələrindən biri isə üçtərəfli əməkdaşlıq formatının yaradılması barədə qərardır. Prezident İlham Əliyev bəyan etdi ki, artıq müvafiq dövlət qurumlarına göstəriş verilib. Nəqliyyat, tranzit, logistika, elektroenergetika, neft, qaz sahələri və mədəni əlaqələr üzrə əməkdaşlıq istiqamətləri müəyyən olunacaq. Bu isə regionda yeni geosiyasi əməkdaşlıq mərkəzinin formalaşdığını göstərir. Dövlət başçısı çıxışının sonunda vurğuladı ki, bu tarixi bir gündür, bölgəmizdə yeni, çox perspektivli, sülhə və tərəfdaşlığa yönəlmiş tərəfdaşlıq formatı yaradılır.

Beləliklə prezidentimizin Türkmənistana səfəri ölkələrimiz arasındaki səmimi və sarsılmaz qarşılıqlı maraqlar üzərində qurulan əlaqələrin tamamilə yeni mərhələyə qədəm qoymasından xəbər verir və bu eyni zamanda bölgədə sülhə, əməkdaşlığa və davamlı inkişafa töhfə verəcək

Düzgün.az

↑