Şənbə, 24 Oktyabr 2026 18:26:35 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
24 Oktyabr 2026
SON XƏBƏRLƏR
Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07
Gündəm

Yorğun və yuxusuz halda sükan arxasına keçməyin – BDYPİ-dən xəbərdarlıq

23.08.2025 10:41 · 403 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə  müraciət edərək bildirir ki, yorğun və yuxusuz halda nəqliyyat vasitəsini idarə etmək yol hərəkəti təhlükəsizliyi baxımından ən ciddi risklərdən biridir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünyada baş verən yol-nəqliyyat hadisələrinin təxminən 10–20 faizi sürücülərin yorğunluğu və yuxusuzluğu ilə əlaqədardır.

Son zamanlar təəssüf ki, ölkəmizdə də məhz bu səbəbdən baş verən yol-nəqliyyat hadisələrinin sayı artmaqdadır.

Yuxululuğa səbəb olan əsas amillər aşağıdakılardır:

– Yuxu rejiminin pozulması: qeyri-müntəzəm iş qrafiki, gündüzdən gecə növbəsinə keçid və bədənin adaptasiyası üçün kifayət qədər vaxt ayrılmaması;

– Uzun müddət fasiləsiz idarəetmə: iki saatdan artıq fasiləsiz avtomobil idarəetməsinin diqqəti zəiflətməsi və reaksiyanı ləngitməsi;

– Avtomobilin texniki xüsusiyyətləri: müasir avtomobillərin səssiz və rahat olması, eləcə də kruiz-kontrol (avtomobilin sürətini sabit saxlayan sistem) funksiyasının sürücünü arxayınlaşdırması;

– Dərman preparatları: bəzi dərmanların yuxululuq yaratması və bununla bağlı xəbərdarlıqlara əməl edilməməsi.

Qeyd olunmalıdır ki, sükan arxasında cəmi bir neçə saniyəlik yuxulama həm sürücü, həm də digər hərəkət iştirakçılarının həyatı üçün ciddi təhlükə yaradır.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək xəbərdarlıq edir: yorğun və yuxusuz halda sükan arxasına keçməyin, uzun səfərlərdə mütəmadi fasilə verin, dərman preparatlarından istifadə zamanı onların təsirinə diqqətlə yanaşın.

Unutmayın: sükan arxasında yuxuya getmək – bir daha oyanmamaq deməkdir!

↑