Şənbə, 24 Oktyabr 2026 15:27:12 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
24 Oktyabr 2026
SON XƏBƏRLƏR
Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07
Gündəm

Hakimliyə yeni seçim qaydaları təsdiqləndi

15.08.2025 20:30 · 567 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, 2024-cü il 7 noyabr tarixdə “Məhkəmələr və hakimlər haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən hakimliyə namizədlərin seçim prosesinin sayı 4-dən 3-ə endirilib.

Edilmiş dəyişikliyə əsasən namizədlərin seçimi test imtahanı, yazılı imtahan və müsahibə əsasında aparılacaqdır.

Yeni qaydalara əsasən, test tapşırıqlarının 90-ı namizədin müvafiq qanunvericilik sahələri üzrə biliklərini, 10-u isə məntiqi nəticələr çıxarmaq qabiliyyətini müəyyən etmək məqsədi daşıyır.

Həmçinin yazılı imtahan mərhələsində hər bir sahə üzrə kazusun cavabı ən çoxu 100 bal ilə qiymətləndirilir. Namizədin həm cinayət hüquqi, həm də mülki hüquqi sahələr üzrə topladığı ballar cəmlənir və 2-yə bölünərək, yekun bal müəyyən edilir.

Topladığı yekun bal 60 və ya daha çox olan namizəd yazılı imtahandan keçmiş hesab edilir, bu şərtlə ki, onun hər sahə üzrə ayrı-ayrılıqda topladığı ballar 40-dan az olmasın.

Yeni dəyişikliklərə əsasən, namizəd şəxsiyyət vəsiqəsinin sürətini Elektron Hökumət İnformasiya Sistemi üzərindən, əmək müqavilələrinə dair çıxarışı isə (Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində müəyyən edilmiş, eləcə də 2014-cü il iyulun 1-dək əmək müqavilələrinə xitam verilmiş şəxslər istisna olmaqla) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemindən əldə etməklə təqdim edəcək.

“Vakant hakim vəzifələrinə namizədlərin seçilməsi Qaydaları”na edilmiş müvafiq dəyişikliklərin tam mətni ilə https://e-qanun.az/framework/60373 keçidi vasitəsilə tanış olmaq mümkündür.

↑