Şənbə, 24 Oktyabr 2026 21:17:13 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
24 Oktyabr 2026
SON XƏBƏRLƏR
Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07
Siyasət

Tramp Azərbaycan və Ermənistan arasında sülh sazişini elan etməyə hazırlaşır

07.08.2025 22:22 · 495 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Azərbaycan və Ermənistan liderləri ilə Ağ Evdə görüşü Cənubi Qafqaz vasitəsilə strateji tranzit dəhlizinin inkişafı üzrə ABŞ-nin müstəsna hüquqlarını ehtiva edən sülh sazişinin imzalanması ilə başa çatacaq.

Bu barədə “Reuters” rəsmilərə istinadən məlumat yayıb. 

“Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Ağ Evdə Trampla danışıqlar və imzalanma mərasiminə qatılacaqlar. ABŞ rəsmiləri anonimlik şərti ilə bildiriblər ki, onlar “sülhə aparan konkret yol”a nail olmaq və uzun müddətdir davam edən tranzit problemini həll etmək məqsədi daşıyan çərçivə sənədini imzalayacaqlar və Tramp sülh sazişini elan etməyə hazırlaşır”, – deyə agentliyin mənbələri bildirib.

Azərbaycan Ermənistan ərazisindən öz ərazisinin böyük hissəsini Türkiyə ilə həmsərhəd Naxçıvanla birləşdirəcək nəqliyyat dəhlizi tələb edib.

Rəsmilər bildiriblər ki, liderlərin cümə günü imzalayacaqları sənədlərin diqqətlə müzakirə olunmuş hissəsinə əsasən, Ermənistan ABŞ-yə Beynəlxalq Sülh və Rifah üçün Tramp marşrutu adlanacaq uzunmüddətli tranzit dəhlizinin inkişafı üçün eksklüziv, xüsusi hüquqlar verməyi planlaşdırır.

“Reuters”in məlumatına görə, rəsmilər ABŞ-nin ərazini infrastruktur və idarəetmə ilə məşğul olacaq konsorsiuma subicarəyə verəcəyini bildirib.

“Kommersiya tədbirləri vasitəsilə bu addım regionu blokadadan çıxaracaq və gələcək döyüşlərin qarşısını alacaq”, – deyə məlumatda qeyd olunub. 

Bildirilir ki, Azərbaycan və Ermənistan liderləri münaqişənin həllində vasitəçilik etmək üçün 1992-ci ildə Fransa, Rusiya və ABŞ-nin həmsədrliyi ilə yaradılmış ATƏT-in Minsk qrupunun buraxılmasını tələb edən sənədləri də imzalayacaqlar.

↑