Cümə, 23 Oktyabr 2026 16:11:17 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
23 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 Kollecinin yaranmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib-FOTO16.10.2026 21:27 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 Kollecinin yaranmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib-FOTO16.10.2026 21:27
Dünya

Ukraynada 60 yaşdan yuxarı şəxslərin hərbi xidmət keçməsinə icazə verildi

29.07.2025 18:23 · 398 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, Ukraynada yaşı 60-dan yuxarı olan şəxslərin müqavilə əsasında xidmət etməsinə icazə verilib.

Müvafiq qanunu Ukrayna prezidenti Volodimir Zelenski imzalayıb. 

Məqsəd irimiqyaslı müharibə zamanı ölkənin müdafiə qabiliyyətini gücləndirmək üçün təcrübəli və həvəsli vətəndaşları cəlb etməkdir.

Sənəd iyulun 16-da Ali Rada tərəfindən qəbul edilib (203 deputat səs verib) və rəsmi dərc edildikdən sonra qüvvəyə minəcək. Müvafiq məlumat Ali Radanın saytında yerləşdirilib.

Sənəd 60 yaşdan yuxarı şəxslərə hərbi vəziyyət dövründə Ukrayna Silahlı Qüvvələrində xidmət etmək üçün könüllü müqavilə bağlamaq hüququ verir. Xüsusilə, hərbi həkim komissiyasının rəyi əsasında xidmətə yararlı hesab edildikdə həm kişilər, həm də qadınlar tərəfindən imzalana bilər.

Qanunda iki aylıq sınaq müddəti nəzərdə tutulub: bu müddət ərzində namizədin hərbi xidmətin tələblərinə uyğunluğu yoxlanılır. Və əgər şəxs meyarlara uyğun gəlmirsə, müqaviləyə vaxtından əvvəl xitam verilir. O, meyarlara cavab verərsə, müqavilə uzadılma imkanı ilə bir il müddətinə bağlanır.

↑