Cümə, 23 Oktyabr 2026 12:36:22 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
23 Oktyabr 2026
SON XƏBƏRLƏR
“AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 Kollecinin yaranmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib-FOTO16.10.2026 21:27 Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir16.10.2026 20:40 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 Kollecinin yaranmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib-FOTO16.10.2026 21:27 Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir16.10.2026 20:40
İdman

Paralimpiyaçılarımız İstanbulda 4 medal qazandılar

25.07.2025 22:47 · 417 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, Azərbaycanın milli paralimpiya komandası Türkiyənin İstanbul şəhərində keçirilən Avropa Gənclər Paralimpiya Oyunlarında dörd medal qazanıb.

Milli Paralimpiya Komitəsindən  verilən məlumata görə, ikinci yarış günündə mübarizəyə qoşulan parataekvondoçularımızın hər üçü fəxri kürsüyə yüksəlib.

Bayraqdar Sabir Zeynalov (K44, 58 kiloqram) mübarizəyə yarımfinaldan start verib. İdmançı yarımfinalda komanda yoldaşı Ayxan Nuriyevi, finalda isə türkiyəli rəqibini məğlub edərək qızıl medal qazanıb.

Ayxan Nuriyev isə bürünc medala yiyəlınib.

16 yaşlı parataekvondoçu Səmayə Həsənova da (K44, 47 kq) mübarizəyə yarımfinaldan qoşulub. Yarımfinalda və finalda türkiyəli rəqiblərini məğlub edən idmançı iştirak etdiyi ilk beynəlxalq turnirdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

17 yaşlı paracüdoçu Ömər Qurbanov 1/4 finalda məğlub olsa da, ardıcıl iki təsəlliverici döyüşdə sırası ilə ispaniyalı və moldovalı rəqiblərini, bürünc medal uğrunda qarşılaşmada isə türkiyəli idmançını məğlub edərək Avropa Gənclər Paralimpiya Oyunlarının bürünc medalını qazanıb.

↑