Mərkəzin məlumatında  bildirilir ki, imtahanlar saat 11:00-da və 16:00-da başlanacaq. Müvafiq olaraq saat 10:45-dən və 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmayacaqlar. Namizədlərin imtahana buraxılış vərəqələrində imtahanın yeri, vaxtı, binası, imtahana gəlməli olan saat və digər zəruri məlumatlar göstərilib.

İmtahan vermək üçün 1627 namizəd ərizə təqdim edib.

Namizədlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

– Şəxsiyyəti təsdiq edən sənədin əsli;

– İmtahana buraxılış vərəqəsi.

İmtahan elektron formada kompüterlər vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 2 binada təşkil olunacaq. İmtahanın keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 19 imtahan rəhbəri, 106 nəzarətçi və 9 buraxılış rejimi əməkdaşı ayrılıb.