Düzgün.az xəbər verir ki, Türkiyənin Antalya şəhərində 4,1 bal gücündə zəlzələ baş verib.
Bu barədə Fəlakətlərin İdarə Edilməsi İdarəsi (AFAD) məlumat yayıb.
Zəlzələ Türkiyə vaxtı ilə saat 21:14-də Qazipaşa bölgəsində qeydə alınıb. Yeraltı təkanlar 18,05 kilometr dərinlikdə müşahidə olunub.
