Düzgün.az xəbər verir ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində Mərkəzi Aran Reqional Gənclər və İdman İdarəsinin Göyçay rayonu üzrə Gənclər və İdman sektoru və Mərkəzi Aran Reqional Təhsil İdarəsinin,Göyçay rayon Təhsil Sektorunun nəzdində fəaliyyət göstərən Uşaq-gənclər idman-şahmat məktəbinin birgə təşkilatçılıgı ilə 10 -12 iyul 2025-ci il tarixlərində UGİŞM-də oğlan və qızlar arasında Gənclər və İdman Nazirliyinin yaranmasının 31 illiyinə həsr olunmuş şahmat turniri keçirildi.
Turnirdə ilk 3 yeri tutan şahmatçılar medal və diplomlarla təltif olunublar.





