Məlum olduğu kimi, yay mövsümü ilə əlaqədar olaraq müəyyən olunmuş qrafikə uyğun olaraq, Şəhər Təsərrüfatı Birliyinin Yaşıllaşdırma sahəsi tərəfindən rayonun müxtəlif yerlərində salınmış yaşıllıqlar, əkilmiş gül-çiçək kolları gündəlik olaraq suvarılır.
Düzgün.az xəbər verir ki, 11 iyul tarixində növbəti suvarılma işi rayonun Heydər Əliyev prospektində salınmış yaşıllıq ərazisində aparılıb.
Belə ki, əkilən müxtəlif növ ağaclar və dekorativ güllər prospektdən keçən arxdan pompa vasitəsilə su götürülərək suvarılıb və aqrotexniki qulluq olunub.
Ətraf mühitin sağlamlaşdırılması və ekoloji tarazlığın itməməsi məqsədi ilə Şəhər Təsərrüfatı Birliyi tərəfindən rayonda yaşıllıqlar qorunub, diqqətdə saxlanılır.
Səbuhi Eltonlu
Düzgün.az Şəhər Təsərrüfatı Birliyi









