Düzgün.az xəbər verir ki, hadisə rayonun Ağcakənd-Börü yolunda baş verib.
Belə ki, 1999-cu il təvəllüdlü T.İsayev “Niva” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Bu zaman maşın yoldan çıxaraq gölə düşüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb ediliblər. Faktla bağlı araşdırma aparılır.
