Cümə, 23 Oktyabr 2026 14:22:54 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
23 Oktyabr 2026
SON XƏBƏRLƏR
“AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 Kollecinin yaranmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib-FOTO16.10.2026 21:27 Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir16.10.2026 20:40 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 Kollecinin yaranmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib-FOTO16.10.2026 21:27 Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir16.10.2026 20:40
Bölgə

Göyçayda gül-çiçək kollarının əkilməsi davam etdirilir-FOTOLAR

09.07.2025 13:18 · 407 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Göyçayda  torpaq-iqlim şəraitinə uyğun olaraq Heydər  Əliyev prospekti daxil  olmaqla  küçələrin  yaşıllıq  ərazilərinə  dekorativ  gül-çiçək  kollarının əkilməsi davam etdirilir.

Düzgün.az xəbər verir ki, 9 iyul  tarixində  Şəhər Təsərrüfatı Birliyinin  Yaşıllaşdırma  Sahəsi tərəfindən  Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay  rayonu Natavan küçəsində  yerləşən  yol dairələrinin ehtiyac olan yerlərinə növbəti dəfə  dekorativ  gül-çiçək  kollarının əkilməsi işləri  aparılıb.

Əkilməmişdən  əvvəl  sözügedən ərazilər alaq  otlarından  təmizlənib, torpaq  örtüyü  hamarlanıb, çalalar  qazılıb və  əkilməsi  üçün lazım olan zəruri  hazırlıq işləri  görülüb.

Daha sonra  ümumilikdə  400  ədəd dekorativ güllər əkilib. Suvarılıb və aqrotexniki qulluq  göstərilib.

Ətraf mühitin sağlamlaşdırılması və ekoloji tarazlığın itməməsi  məqsədi ilə Şəhər  Təsərrüfatı  Birliyi tərəfindən rayonda  mövcud olan  yaşıllıq  qorunub, diqqətdə saxlanılır.


Göyçay  Şəhər  Təsərrüfatı  Birliyi  rayon sakinlərinə  və  rayona  üz tutan  qonaqlara  müraciət  ünvanlayıb.

Müraciətdə deyilir:

Əziz  rayon  sakinləri və  qonaqlar  rayonun prospekti  daxil  olmaqla küçələrinə əkilən  dekorativ   güllərin  və  ağacların  tapdalanaraq məhv  edilməsi, çıxarılaraq  kənara atılması və  oğurlanması  yolverilməzdir. Bu cür  analoji  hadisələr  baş verərsə həmin şəxlərə  qarşı  ölçü  götürülməsi  üçün Göyçay rayon Polis Şöbəsinə  rəsmi  müraciət olunacaq. Bununla yanaşı  həmin şəxsin adı, soyadı,  ünvanı  və  fotosu ictimailəşdiriləcək.


Səbuhi  Eltonlu

Düzgün.az Şəhər  Təsərrüfatı  Birliyi

 







 

↑