Cümə, 23 Oktyabr 2026 11:06:22 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
23 Oktyabr 2026
SON XƏBƏRLƏR
“AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 Kollecinin yaranmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib-FOTO16.10.2026 21:27 Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir16.10.2026 20:40 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 Kollecinin yaranmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib-FOTO16.10.2026 21:27 Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir16.10.2026 20:40
İqtisadiyyat

Ödənilə bilməyən bu borcları dövlət qaytaracaq

07.07.2025 16:22 · 416 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, “Milli Məclisdə “Dövlət borcu” haqqında qanuna dəyişikliklər ikinci oxunuşda müzakirə edilərək qəbul olundu”.

Bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, dəyişikliklərə əsasən, dövlət büdcəsindən verilən büdcə ssudalar geri qaytarıla bilməyəndə borc dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu hesabına bağlanılnacaq. 

“Yəni, bu borclar geri qaytarıla bilməyəndə onun büdcə hesabına ödənilməsi nəzərdə tutulur. Belə ki, “Büdcə sistemi haqqında” qanuna uyğun olaraq dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə, büdcə təşkilatlarına, dövlət adından yaradılan publik hüquqi şəxslərə və dövlət büdcəsindən maliyyə yardımı alan digər hüquqi şəxslərə büdcə ili ərzində ən geci verildiyi büdcə ilinin sonunadək qaytarılmalı olan büdcə ssudaları ayrılır.

Mövcud qanunvericiliyə əsasən dövlət büdcəsindən ayrılmış büdcə ssudalarının vaxtında geri qaytarılması həmin ssudanı alan təşkilatların öhdəliyindədir. Lakin təcrübədə bu vəsaitlərin təşkilatlar tərəfindən geri qaytarılmasında bir sıra problemlər müşahidə olunmaqdadır. Yeni dəyişiklik Təminat Fondunun yalnız dövlət borcu və zəmanəti üzrə öhdəliklərin yerinə yetirilməsi ilə deyil, həm də qaytarılmayan büdcə ssudalarının əvəzinin ödənilməsi ilə bağlı daha çevik bir alətə çevrilməsinə imkan yaradacaqdır”.

↑