Şənbə, 24 Oktyabr 2026 16:30:01 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
24 Oktyabr 2026
SON XƏBƏRLƏR
Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07
Siyasət

Azərbaycan-Rusiya münasibətləri ilə bağlı Dağıstan rəhbərindən müraciət

06.07.2025 19:16 · 621 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

“Rusiya ilə Azərbaycan arasında münasibətlərdə yaranmış çətinliklər narahatedicidir, lakin vəziyyət xalqların maraqları nəzərə alınmaqla sülh yolu ilə həll olunacaq”.

Düzgün.az xəbər verir ki, bunu Dağıstanın rəhbəri Sergey Melikov Teleqram kanalında yazıb. 

O bildirib ki, indi dağıstanlıları təxribata çəkmək və “onları münaqişələrə sürükləmək, sonradan utanacaqları işlərə inandırmaq” cəhdləri edilə bilər.

“Biz bu gün dünyada baş verənləri narahatlıq və ağrı ilə izləyirik.Təəssüf ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərdə müəyyən çətinliklər yaranıb. Amma mən əminəm ki, bunların hamısı sülh yolu ilə, xalqların maraqları nəzərə alınmaqla, münasibətlərimizin tarixinə hörmətlə həll olunacaqdır.

Belə çətin zamanlarda yaranmış vəziyyətdən öz məqsədləri üçün – Rusiyanı daxildən zəiflətmək, nifaq salmaq, qardaş xalqları bir-birinə qarşı qoymaq istəyənlər həmişə tapılır. Bu, xüsusilə, onilliklər ərzində ən yaxın qonşuları ilə sülh və harmoniya şəraitində yaşayan çoxmillətli Dağıstana aiddir. Respublikamızda Azərbaycandan Dağıstanı vətəni hesab edənlər az deyil. Əlaqələrimiz coğrafi baxımdan daha çoxdur. Bu tarix, ailə bağları, mədəniyyət, birlikdə həyatdır. Vurğulamaq istəyirəm ki, məhz Dağıstanda azərbaycanlılar yerli xalqdır! Ancaq indi bizi təhrik etmək, münaqişələrə çəkmək, sonradan utanacağımız işlərə sövq etmək cəhdləri ola bilər. Bu nə Dağıstana, nə Azərbaycana, nə də bütün Rusiyaya sülh və sabitlik istəməyənlərin hiyləsidir.

Biz artıq bir neçə dəfə xarici qüvvələrin kiminsə əli ilə vəziyyəti pozmağa cəhd etdiyini görmüşük. Nəhayət, uğursuzluğa düçar oldular, çünki xalqımızın müdrikliyi, birliyi, cavabdehliyi bu çirkin oyunlardan yüksəkdə idi. Mən hər kəsə müraciət edirəm: həm dağıstanlılara, həm də azərbaycanlı qardaşlarımıza – aramıza nifaq salınmasına imkan verməyin. Emosiyalara təslim olmayın, təxribatlara qapılmayın, millətçiliyə boyun əyməyin. Yalnız rəsmi və təsdiqlənmiş məlumatlara etibar edin!

Biz birlikdə çox şeylərdən keçmişik və bunun öhdəsindən gələcəyik. Bütün çətinliklər müvəqqətidir, lakin qardaşlıq və ləyaqət bizimlə əbədi olaraq qalır”, – deyə Melikov bildirib.

↑