Xəbər verdiyimiz kimi, “Konstitusiya və Suverenlik İli” çərçivəsində yazın gəlişi münasibətilə Göyçay rayonunun Heydər Əliyev prospekti daxil olmaqla küçələrdə mövcud olan yaşıllıqların artırılması və aqrotexniki qulluğun göstərilməsi davam etdirilir.
Düzgün.az xəbər verir ki, 4 iyul tarixində M.Ə.Rəsulzadə və Nərmanov küçələrinin kəsişməsində yerləşən Sabir bağının və M.Ə.Rəsulzadə küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının qarşısında istismara yararsız vəziyyətdə olan fəvvarə kompleksində salınmış yaşıllıq zolağının ehtiyac olan hissələrinə növbəti dəfə müxtəlif növ gül- çiçək kollarının əkilməsi işi icra olunub.
İlkin olaraq sözügedən ərazilər alaq otlarından təmizlənib, torpaq örtüyü hamarlanıb, çalalar qazılıb və əkilməsi üçün lazım olan zəruri hazırlıq işləri görülüb.Daha sonra 80 ədəd dekorativ gül əkilib.Su maşını vasitəsilə suvarılıb. Görülən işlər çərçivəsində əkilən güllərə kübrələr verilərək aqrotexniki qulluq olunub.
Səbuhi Eltonlu
Düzgün.az Şəhər Təsərrüfatı Birliyi












