Cümə, 23 Oktyabr 2026 13:35:19 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
23 Oktyabr 2026
SON XƏBƏRLƏR
“AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 Kollecinin yaranmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib-FOTO16.10.2026 21:27 Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir16.10.2026 20:40 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 Kollecinin yaranmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib-FOTO16.10.2026 21:27 Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir16.10.2026 20:40
Bölgə

Göyçayın bəzi sakinləri üçün Yaşıllaşdırma  Sahəsinin İCMALI-FOTO/VİDEO

02.07.2025 14:47 · 523 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Prezident İlham  Əliyevin müvafiq  sərəncamı ilə  Azərbaycanda  2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə  bağlı  Göyçay  rayon İcra Hakimiyyətinin tapşırıq  və  göstərişinə  əsasən  Şəhər Təsərrüfatı Birliyinin  Yaşıllaşdırma  Sahəsi  tərəfindən  rayonun müxtəlif  yerlərinə 7436 ədəd  gül-çiçək  kollarının və 538 ədəd Eldar şamı və  müxtəlif növ  ağacların  əkilməsi  və  qrafikə uyğun olaraq  suvarılması  davam etdirilsə də  sapı  özümüzdən  olan baltalar  başlayıblar görülən  işlərə  kölgə  salmağa. 

Belə  ki, rayonumuzun  bəzi  sakinləri  və rayona üz tutan  qonaqlar  əsassız  çıxışlar  edərək  bildirirlər  ki,  yaşıllıqlar  məhv edilir və  vaxtlı-vaxtında  suvarılmır. Bildirək  ki,  rayonda  suvarılma  işi  müəyyən olunmuş  qrafikə  uyğun olaraq  aparılır. Demək  olar ki,  mövcud  olan  bütün yaşıllıq  əraziləri  suvarılaraq, aqrotexniki  qaydada qulluq olunur. Suvarılma  işi  foto  və  video şəkilində  vətəndaşların diqqətinə çatdırılır.Bunu görməmək  ən azından  nadanlıq  ola bilər.

Bununla yanaşı  bəzi  ağzı  göyçəklər  vurğulayır  ki, başqa  rayonlarda əkilən  dekorativ  güllər  və  ağaclar göz  oxşayır  bəs bizim rayonda  niyə  yoxdur?. Bu  sualın cavabını  mən düzgünlüklə  belə cavablandırardım.Bizim rayondada müəyyən olunmuş  yerlərə  dekorativ  güllər  və  ağaclar  əkilir. Amma, rayonumuzda  əziyyətə  qiymət  verməyən bəzi şəxslər  tərəfindən iri və xırda buynuzlu  heyvanların yaşıllıq  ərazisinə daxil olması,  bununla yanaşı, özləri  tərəfindən  əkilən  ağacların, güllərin  çıxarılaraq  kənara atılması və çıxarılaraq özləri üçün  qənimət  bilmələri  yaşıllığın   məhv  olması  ilə nəticələnir. Sonrada  qəhrəmanlıqlarını  çəkib  ictimailəşdirərək bildirirlər  ki, rayonda  yaşıllıq  niyə  məhv olur?. Həmin  o, dar düşüncəlilərə  sual  vermək  istərdik ki, bəs  sizdə  mərifət, qayğı və diqqət  hissi  niyə  yoxdur?. Bilirəm suala  cavab tapa  bilməyəcəksiniz  çünki,sizdə  olmayanın  nəyinə  cavab  tapacaqsınız.

Başa  düşmək bu qədərmi  çətindir ki, Şəhər Təsərrüfatı Birliyinin  Yaşıllaşdırma  Sahəsinin işçi  kollektivi  gecə-gündüz  rayon ərazisində   işləyərək  yaşıllıq  zolaqları  salırlar, dekorativ  güllər  əkirlər, suvarıb və aqrotexniki qulluq  göstərirlər.Bu  zəhmətkeşlər  əziyyət  çəkirlər  ki, göyçay  gözəlliyi ilə  digər  rayonlardan  ön  cərgədə olsun.Daha  zəhmət çəkmirlər ki, bəzilərinin haqqsızlığını  görsünlər.

Bu yazımla  həmin şəxslərə  bildirmək  istəyirəm ki,  ekologiyanı  qorumaq üçün  hər  birimiz  ətrafımızdan  və  öz  evimizdən  başlamalıyıq.Ümid  edirik  ki, bu yazını  oxuyub, videorolikə, şəkillərlə  tanış  olan şəxslər  yaşıllığın olub, olmadığını  gözləri  ilə  yaxşı  görəcəklər.

 

Səbuhi  Eltonlu

Düzgün.az  Şəhər Təsərrüfatı Birliyi

 

 

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay  rayon Natavan küçəsində  yerləşən Olimpiya İdman Kompleksinin qarşısı

 

 

 ***************

 

Rayonun Heydər Əliyev  Prospekti ( rayona giriş olan  hissə)


**************

M.Ə.Rəsulzadə küçəsi, Göyçay rayon İcra Hakimiyyəti binasının  qarşısı

 

 

*****************

Heydər Əliyev  prospekti, (Heydər  Əliyev  Mərkəzinin qarşısı)

****************

Heydər  Əliyev prospekti (Xəritən  qarşısı)

 

****************
M.Ə.Rəsulzadə küçəsi, çoxmərtəbəli yaşayış binasının qarşısında istismara yararsız vəziyyətdə olan fəvvarə kompleksində salınmış  yaşıllıq

 

*******************

M.Ə.Rəsulzadə  və  Nərimanov  küçələrinin kəsişməsində  yerləşən  Sabir bağı

***************

Heydər  Əliyev  prospekti ilə Nizami  küçəsin  kəsişməsində  yerləşən  yol  dairəsi

 

***************************
Nizami  küçəsində  yerləşən  yol  dairəsi

 

 

 

************

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay rayon Natavan küçəsində yerləşən yol dairəsi

***************************

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay  rayonu Natavan küçəsində  yerləşən  yol dairəsi 

 

 

 

↑