Cümə, 23 Oktyabr 2026 08:03:38 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
23 Oktyabr 2026
SON XƏBƏRLƏR
“AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 Kollecinin yaranmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib-FOTO16.10.2026 21:27 Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir16.10.2026 20:40 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 Kollecinin yaranmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib-FOTO16.10.2026 21:27 Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir16.10.2026 20:40
Siyasət

AQEM çərçivəsində Azərbaycanın regional və beynəlxalq rolu

16.10.2026 19:18 · 118 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

15 oktyabr 2026-cı il tarixində Bakı qlobal miqyaslı daha bir möhtəşəm tarixi hadisəyə ev sahibliyi etdi. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü Azərbaycanın dünya siyasətində artan nüfuzunu, xüsusilə Şərqlə Qərbi birləşdirən mühüm mərkəz statusunu bir daha təsdiqlədi. Sammitin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin geniş və dərin məzmunlu çıxışı həm regional təhlükəsizlik, həm də qlobal idarəetmə mexanizmlərinin yenidən qurulması baxımından tarixi bir bəyanat kimi yadda qaldı.

Prezident İlham Əliyevin çıxışında beynəlxalq münasibətlərdə bərabərhüquqluq, daxili işlərə qarışmamaq, suverenliyə və ərazi bütövlüyünə hörmət prinsiplərinin vurğulanması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərini bir daha nümayiş etdirir. Bu yanaşmaya görə beynəlxalq hüquq bütün dövlətlərə eyni qaydada tətbiq olunmalı, siyasi maraqlar hüquqi öhdəliklərin yerinə yetirilməsinə mane olmamalıdır.

Dövlət başçısı Azərbaycanın müstəqilliyini bərpa etdiyi dövrdən etibarən ikili standartlarla üzləşdiyini, ərazilərimizin uzun illər Ermənistanın işğalı altında qaldığını xatırlatdı. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və işğal olunmuş Azərbaycan ərazilərindən işğalçı qüvvələrin çıxarılmasını tələb edən 4 qətnamənin uzun müddət icra edilməməsi beynəlxalq hüququn təminatı ilə bağlı ciddi problemləri üzə çıxardığını vurğuladı. Dövlət başçısı bildirdi ki, münaqişənin həlli məqsədilə yaradılmış Minsk qrupunun fəaliyyəti uzun illər nəticəsiz qaldı. Prezident İlham Əliyev Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbəyə və suverenliyimizin tam bərpasına toxunaraq vurğuladı ki, Ermənistanın 2020-ci ildəki ardıcıl hərbi təxribatlarından sonra xalqın səbri tükəndi və döyüş meydanında ədalət bərpa olundu.

Dövlət başçısının Azərbaycanın müharibədən sonra Ermənistana sülh təklif etməsi barədə fikirləri çıxışın əsas siyasi mesajlarından idi. Bu yanaşma münaqişədən sonrakı dövrdə münasibətlərin normallaşdırılması və regionda davamlı sülhün təmin olunması məsələsini ön plana çıxarır. Bununla belə sülhün dayanıqlılığı siyasi iradə ilə yanaşı, qarşılıqlı öhdəliklərin yerinə yetirilməsini, etimadın qurulmasını və təhlükəsizlik məsələlərinin həllini də tələb edir. Dövlət başçısı regionda bir ildən artıqdırki sülh şəraitinin hökm sürdüyünü vurğuladı və həmçinin qeyd etdi ki, sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın AQEM-ə ikiillik sədrliyi dövründə təşkilatın gücləndirilməsi istiqamətində görülən işlərə də toxundu. Dövlət başçısı qeyd etdi ki, bütün dövlətlərin yekdil dəstəyi ilə həyata keçirilmiş müxtəlif təşəbbüslərimiz nəticəsində hazırda AQEM instutisional və hüquqi baxımından daha güclüdür: “Üzvlərin sayı genişlənmişdir və öz coğrafi məkanında təhlükəsizliyin, iqtisadi rifahın və qarşılıqlı anlayışın təşviqi naminə dialoqu və qarşılıqlı fəaliyyəti inkişaf etdirmək üçün imkanları əhəmiyyətli dərəcədə möhkəmlənmişdir”.

Bakı toplantısının digər mühüm istiqaməti Azərbaycanın Avrasiya məkanında strateji birləşdirici rolunun ön plana çıxarılması oldu. Prezidentin nitqində bu məqamlarla bağlı qeyd olundu ki, Şərqlə Qərbin kəsişməsində yerləşən ölkəmiz nəqliyyat, enerji, logistika və rəqəmsal bağlantılar sahəsində həyata keçirdiyi layihələrlə regional və qitələrarası əməkdaşlığa mühüm töhfələr verir. Azərbaycanın AQEM-ə sədirliyi çərçivəsində irəli sürdüyü təşəbbüslər üzv və müşahidəçi tərəfdaşlar tərəfindən də təqdir olunur. Nəqliyyat, rəqəmsallaşma, ekologiya, turizm, elm və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi təşkilatın institusional imkanlarının möhkəmlənməsinə xidmət edir. Azərbaycanın məqsədi Asiya məkanında qarşılıqlı etimadı, dialoqu və təhlükəsizliyi təşviq edən daha səmərəli əməkdaşlıq mühitinin formalaşdırılmasıdır.

Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi mesajlar Azərbaycanın bir daha ədalətli və sabit beynəlxalq münasibətlər sisteminin formalaşmasına töhfə verən mühüm siyasi aktor olduğunu bir daha nümayiş etdirdi. Ümumilikdə, Bakı Zirvəsi qlobal əməkdaşlıqda tamamilə yeni və mühüm bir mərhələnin əsasını qoydu.

Düzgün.az

 

 

↑