Cümə, 23 Oktyabr 2026 11:41:54 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
23 Oktyabr 2026
SON XƏBƏRLƏR
“AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 Kollecinin yaranmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib-FOTO16.10.2026 21:27 Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir16.10.2026 20:40 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 Kollecinin yaranmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib-FOTO16.10.2026 21:27 Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir16.10.2026 20:40
Siyasət

YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb

06.10.2026 17:38 · 215 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatına qızıl hərflərlə yazıldı. Qurultayı fərqləndirən ən fundamental məqam – onun ilk dəfə olaraq Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğu, regionda tamamilə yeni geosiyasi reallıqların formalaşdırdığı bir zəfər dövründə keçirilməsi idi. Qurultayda Yeni Azərbaycan Partiyasının Sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin proqram xarakterli, dərin məzmunlu çıxışı ölkənin qarşıdakı illər üçün yol xəritəsini müəyyən etdi.

Partiya sədrinin bir saata yaxın davam edən konseptual məruzəsində 1992-ci il noyabrın 21-də Naxçıvanda atılan tarixi təməllərdən bu günün regional və qlobal reallıqlarına qədər uzanan böyük inkişaf yolu dəqiqliklə təhlil edildi. Prezident öz nitqində açıq şəkildə bəyan etdi ki, Yeni Azərbaycan Partiyası bu gün təkcə ölkəmizin yox, bütövlükdə Cənubi Qafqazın ən böyük, ən mütəşəkkil siyasi qüvvəsidir. Çətin şəraitdə, m

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatına qızıl hərflərlə yazıldı. Qurultayı fərqləndirən ən fundamental məqam – onun ilk dəfə olaraq Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğu, regionda tamamilə yeni geosiyasi reallıqların formalaşdırdığı bir zəfər dövründə keçirilməsi idi. Qurultayda Yeni Azərbaycan Partiyasının Sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin proqram xarakterli, dərin məzmunlu çıxışı ölkənin qarşıdakı illər üçün yol xəritəsini müəyyən etdi.

Partiya sədrinin bir saata yaxın davam edən konseptual məruzəsində 1992-ci il noyabrın 21-də Naxçıvanda atılan tarixi təməllərdən bu günün regional və qlobal reallıqlarına qədər uzanan böyük inkişaf yolu dəqiqliklə təhlil edildi. Prezident öz nitqində açıq şəkildə bəyan etdi ki, Yeni Azərbaycan Partiyası bu gün təkcə ölkəmizin yox, bütövlükdə Cənubi Qafqazın ən böyük, ən mütəşəkkil siyasi qüvvəsidir. Çətin şəraitdə, müxalifət partiyası olaraq yaranan, lakin 30 ildən artıqdır ki, xalqın böyük etimadı ilə iqtidarda olan YAP, dövləti idarəetmə fəlsəfəsində heç vaxt populizmə və şablon addımlara yol verməmişdir.

Bu gün partiyanın fəaliyyəti və qəbul etdiyi qərarlar təkcə daxili siyasət üçün yox, bütün regionun təhlükəsizlik arxitekturası üçün həlledici rol oynayır. Prezidentin nitqində həmçinin qeyd olundu ki, Azərbaycanın qazandığı bütün möhtəşəm qələbələrin, o cümlədən tarixi Zəfərimizin təməlləri məhz Yeni Azərbaycan Partiyasının ardıcıl və məqsədyönlü kursuna söykənir. Prezidentin nitqində tarixi ədalətin bərpası və hərbi qələbələrin xronologiyası konseptual şəkildə bir neçə istiqamətdə şərh olundu. 44 günlük Vətən müharibəsi, suverenliyin təmin edilməsi üçün atılan strateji və diplomatik addımlar, antiterror əməliyyatı nəticəsində ölkə ərazisində suverenliyin tam bərpa olunması prezidentin nitqində geniş şəkildə qeyd olundu. Dövlət başçısı qlobal müstəvidə çox mühüm mesaj verdi:

Dünyada hamı bilir ki, bizim sözümüz imzamız qədər dəyərlidir. Azərbaycan heç vaxt ikiüzlü diplomatiya yürütməyib, riakarlıq etməyib. Beynəlxalq hüququn və BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan qətnamələrini Azərbaycan öz gücü, şəhidlərinin qanı və ordusunun qüdrəti ilə təkbaşına icra edib. Çıxışın ən qətiyyətli hissəsini təşkil edən Azərbaycanın siyasi iradəsinin bariz nümunəsi prezidentin səsləndirdiyi tezislərin ən mühüm məqamlarından idi: “Siyasətdə emosiyalara yer yoxdur. Əgər biz emosiyalara qapılsaydıq, bu gün yəqin ki, İrəvanın mərkəzində üçüncü Zəfər Tağı ucaldılmışdır”. Bu bəyanat dövlətin hərbi imkanlarının sərhədsiz olduğunu, lakin Azərbaycanın beynəlxalq hüquqa, humanist prinsiplərə və əbədi müharibə deyil, dayanıqlı sülh tərəfdarı olduğuna sadiqliyini nümayiş edir.

Prezident İlham Əliyev partiya nümayəndələri qarşısında tamamilə yeni ideoloji xətt müəyyənləşdirdi. Partiya sədri qeyd etdi ki, keçmiş dövrlərin formal tədbirlərindən və şablon yanaşmalarından imtina etməyin vaxtı çatmışdır. Prezident həmçinin vurğuladı ki, informasiya mənbələrinin çoxşaxəli olduğu müasir dünyada milli yaddaşın qorunması və reallığın olduğu kimi gənc nəsilə ötürülməsi prioritetdir. Azərbaycanın digər ölkələrdən fərqi odur ki, bizim uydurma mifologiyaya ehtiyacımız yoxdur – bizim tariximiz canlı zəfərlər və real qəhrəmanlıqlarla zəngindir. Fiziki təhlükəsizlik qədər ideoloji təhlükəsizlik də ölkənin gələcəyini qorumaq üçün mühüm sipərdir.

Dövlət başçısı nitqində Qarabağ və Şərqi Zəngəzurun bərpası, ölkənin tranzit və iqtisadi gücünün möhkəmləndirilməsi, hərbi qüdrətinin artırılması, müdafiə tədbirləri istiqamətində prioritet vəzifələrin müəyyənləşdirildiyini geniş şərh etdi. İqtisadi müstəqilliyin siyasi müstəqilliklə birbaşa bağlılığı konkret rəqəmlərlə diqqətə çatdırıldı.

Qurultay təkcə strateji mesajlarla deyil, həm də partiyanın nizamnamə və kadr islahatları ilə yadda qaldı. YAP İdarə Heyətinin 40 nəfərlik və Təftiş Komissiyasının 13 nəfərlik yeni heyəti yekdilliklə təsdiq olundu. Partiya nizamnaməsində səmərələliyi artırmağa və yeni dövrün qanunvericilik tələblərinə uyğunlaşmağı xidmət edən daxili struktur islahatları uğurla yekunlaşdı.

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı və Partiyanın Sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin proqram xarakterli, fundamental və genişmiqyaslı nitqi müasir dövlətçilik tariximizə zəfər dövrünün siyasi doktrinası kimi daxil oldu. Prezident İlham Əliyevin qurultay kürsüsündən etdiyi və təxminən bir saat davam edən strateji məruzəsi Azərbaycanın dünənini əks etdirən analitik yekun, bu gününü qoruyan qətiyyətli manifest və gələcəyini formalaşdıran milli yol xəritəsi kimi yadda qaldı. Azərbaycan xalqı əmindir ki, bu qurultayda qarşıya qoyulan strateji vəzifələr layiqincə icra olunacaq və ölkəmizin suveren inkişafı daha böyük zəfərlərlə davam etdiriləcəkdir.

üxalifət partiyası olaraq yaranan, lakin 30 ildən artıqdır ki, xalqın böyük etimadı ilə iqtidarda olan YAP, dövləti idarəetmə fəlsəfəsində heç vaxt populizmə və şablon addımlara yol verməmişdir.

Düzgün.az

↑