Cümə, 23 Oktyabr 2026 08:03:33 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
23 Oktyabr 2026
SON XƏBƏRLƏR
“AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 Kollecinin yaranmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib-FOTO16.10.2026 21:27 Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir16.10.2026 20:40 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 Kollecinin yaranmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib-FOTO16.10.2026 21:27 Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir16.10.2026 20:40
Gündəm

Korrupsiya barədə məlumat verənlərə mükafat veriləcək

06.10.2026 15:00 · 207 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, verilmiş məlumat öz təsdiqini tapdıqda məlumat verən şəxsə təşkilatın büdcəsinin hesabına (büdcə təşkilatlarına münasibətdə həmin təşkilatların saxlanılması xərcləri və büdcədənkənar vəsaitləri hesabına) təşkilat rəhbərinin qərarı ilə maddi mükafat ödəniləcək.

Bu barədə “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsində nəzərdə tutulub.

Mükafat korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatın araşdırılaraq öz təsdiqini tapması barədə məlumat verən şəxsin məlumatlandırıldığı tarixdən 10 (on) iş günü müddətində ödənilir.

Təşkilatda mükafatın rəsmiləşdirilməsi və ödənilməsi üzrə tədbirlər bu Qanunun 12-ci maddəsində nəzərdə tutulmuş konfidensiallıq tələblərinə riayət edilməklə həyata keçirilir və həmin tədbirlərin icrasını təmin edən şəxslər tərəfindən məlumat verən şəxsə dair onlara məlum olan məlumatların digər şəxslərə açıqlanmasına yol verilmir.

Mükafatın məbləği minimum əməkhaqqı məbləğinin 25 mislindən çox ola bilməz. Mükafatın məbləği müəyyən edilərkən korrupsiya ilə əlaqədar hüquqpozmanın xarakteri, faktların sayı, verilmiş məlumatın korrupsiya ilə əlaqədar hüquqpozmanın aşkar edilməsində əhəmiyyəti, vurulmuş zərərin və bərpa edilmiş aktivlərin məbləği nəzərə alınır.

Cinayət təqibinin həyata keçirilməsi nəticəsində ittihamedici əsaslarla hökm və ya digər yekun qərar çıxarıldığı və ya cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verildiyi hallarda Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq, cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilmiş əmlakın satışından, icarəyə və ya idarəetməyə verilməsindən əldə edilmiş vəsaitdən (üzərinə həbs qoyulmuş əmlaka qulluq və onun idarə edilməsinin təşkili ilə əlaqədar çəkilmiş xərclər çıxılmaqla) və ya xüsusi müsadirə edilmiş pul vəsaitindən (bank əməliyyatları üzrə xərclər və normativ hüquqi aktlarla müəyyən edilmiş digər ödənişlər çıxılmaqla) və ya cinayət qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla dövlət büdcəsinə ödənişin məbləğinin, yaxud dövlətə ödənilməsi təmin edilmiş maddi ziyanın miqdarının 5 faizi məbləğində pul vəsaiti məlumat verən şəxsə ödənilir.

Cinayət işi üzrə məlumat verən şəxsə pul vəsaitinin ödənilməsinə dair qərar məhkəməyədək icraat zamanı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun razılığı ilə müstəntiq, məhkəmə icraatı zamanı işə baxan məhkəmə tərəfindən qəbul edilir.

↑