Cümə, 23 Oktyabr 2026 08:03:49 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
23 Oktyabr 2026
SON XƏBƏRLƏR
“AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 Kollecinin yaranmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib-FOTO16.10.2026 21:27 Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir16.10.2026 20:40 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 Kollecinin yaranmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib-FOTO16.10.2026 21:27 Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir16.10.2026 20:40
Gündəm

Onlar dövlət tərəfindən müdafiə olunacaq

06.10.2026 15:09 · 304 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, dövlət tərəfindən müdafiə olunan şəxslərin əhatə dairəsi genişləndirilir.

Bu barədə “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında” qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs, onun yaxın qohumu və qohumu da dövlət tərəfindən müdafiə oluna bilər.

Cinayət işi üzrə istintaq və ya məhkəmə icraatına kömək etmələri, yaxud korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermələri ilə bağlı müdafiə olunan şəxslərin öldürüləcəyinə, onlara zor tətbiq ediləcəyinə, onların əmlakının məhv ediləcəyinə və ya onların əmlakına ziyan vurulacağına dair real əsaslar olduqda təhlükəsizlik tədbirləri tətbiq ediləcək.

Cinayət prosesində iştirak edən şəxslərin, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin, onların yaxın qohumlarının, qohumlarının və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı verilən məlumatları qəbul edən subyektlərin təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətlərinə və xahişlərinə müvafiq olaraq cinayət prosesini həyata keçirən orqan və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı təxirə salınmadan, lakin bu vəsatətləri aldıqdan sonra 72 saatdan gec olmayaraq baxmalıdır. Vəsatətə və ya xahişə baxılması nəticəsi təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatət və ya xahişlə müraciət edən subyektlərə dərhal bildirilməli və ona cinayət prosesini həyata keçirən orqan və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı tərəfindən müvafiq qərarın surəti göndərilməlidir.

 “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsinə əsasən, məlumat verən şəxslərin müdafiəsini təmin edən orqanlar (qurumlar) aşağıdakılardır:

– məlumat verən şəxsin işləri (xidmətləri) yerinə yetirdiyi, yaxud yerinə yetirmiş olduğu təşkilat;

– bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş hallarda təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi haqqında qərar qəbul edən korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı;

– təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi haqqında qərar əsasında təhlükəsizlik tədbirlərini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum).

↑