Cümə, 23 Oktyabr 2026 08:04:14 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
23 Oktyabr 2026
SON XƏBƏRLƏR
“AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 Kollecinin yaranmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib-FOTO16.10.2026 21:27 Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir16.10.2026 20:40 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 Kollecinin yaranmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib-FOTO16.10.2026 21:27 Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir16.10.2026 20:40
Gündəm

Korrupsiya ilə bağlı məlumatlar bu hallarda açıqlanacaq

06.10.2026 15:13 · 104 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, korrupsiya ilə əlaqədar məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur.

Bu barədə “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, məlumat verən şəxslərin həvəsləndirilməsinin və müdafiəsinin əsas məqsədi təşkilatda şəffaflığın artırılması, korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi və qarşısının alınması, cəmiyyətdə korrupsiya təzahürlərinə qarşı dözümsüzlük mühitinin formalaşdırılması, korrupsiya ilə əlaqədar hüquqpozmaların törədilməsini istisna edən şəraitin yaradılmasıdır.

Məlumat verən şəxslərin həvəsləndirilməsinin və müdafiəsinin əsas prinsipləri aşağıdakılardır:

– qanunçuluq, insan və vətəndaş hüquq və azadlıqlarına hörmət edilməsi, o cümlədən ayrı-seçkiliyə yol verilməməsi və bərabərlik;

– korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verilməsinin könüllülüyü;

– məlumat verən şəxs barədə məlumatların konfidensiallığının qorunmasının təmin edilməsi və belə məlumatların yalnız onun yazılı razılığı olduğu halda açıqlanması;

– məlumat verən şəxs əhəmiyyətli yanılmanın təsiri altında məlumat verdikdə də onun müdafiəsinin təmin edilməsi (vicdanlılıq prezumpsiyası);

– korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları qəbul edən subyektlərin müstəqilliyi, obyektivliyi və qərəzsizliyi;

– məlumat verən şəxsin peşə (əmək) fəaliyyətinə qanunsuz təsirdən və ya ədalətsiz rəftardan müdafiəsi;

– məlumat verən şəxsə tətbiq olunan həvəsləndirilmə və müdafiə tədbirlərinin mütənasibliyi.

↑