Cümə, 23 Oktyabr 2026 11:41:53 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
23 Oktyabr 2026
SON XƏBƏRLƏR
“AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 Kollecinin yaranmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib-FOTO16.10.2026 21:27 Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir16.10.2026 20:40 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 Kollecinin yaranmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib-FOTO16.10.2026 21:27 Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir16.10.2026 20:40
Siyasət

3 Oktyabr – Milli dövlətçilik tariximizin mühüm səhifəsi

03.10.2026 20:32 · 226 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

3 oktyabr 1993-cü il Azərbaycan dövlətçilik tarixinin ən mühüm dönüş nöqtələrindən biri kimi xüsusi əhəmiyyət daşıyır. Müstəqilliyin ilk illərində ciddi siyasi-iqtisadi böhranla üzləşən ölkəmiz böyük uçurumla üz-üzə idi. Xalqımız müdriklik nümayiş etdirərək dahi şəxsiyyət Heydər Əliyevi siyasi hakimiyyətə gətirdi. 1993-cü il oktyabrın 3-də Ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkəmizin inkişaf tarixində yeni bir səhifənin başlanğıcı oldu. Həmin gün keçirilən ümumxalq prezident seçkilərində Ümummilli Lider Heydər Əliyev mütləq səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi, bununla da ölkədə hüquqi, iqtisadi və geostrateji dirçəlişin əsası qoyuldu.

90-cı illərin əvvəllərində müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan Respublikası daxili xaos, vətəndaş müharibəsi təhlükəsi, Ermənistanın hərbi təcavüzü və iqtisadi iflas səbəbindən dünya xəritəsindən silinmək həddinə gəlmişdi. Məhz belə bir qaranlıq tarixi məqamda xalqın israrlı çağırışı ilə Bakıya qayıdan Ulu öndər bu siyasi proseslərin fonunda Azərbaycanı qurtuluş, dirçəliş və zəfər epoxasının başlanğıcını qoydu. Heydər Əliyevin dövlət sükanı arxasına keçməsi sadəcə bir hakimiyyət dəyişikliyi deyil, dövlətçilik institutunun xilası idi. Dahi liderin rəhbərliyi ilə Azərbaycan ağır siyasi və iqtisadi böhrandan çıxaraq sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna qədəm qoydu. Siyasi sabitlik iqtisadi təhlükəsizlik addımları ilə möhkəmləndirildi. Xarici investorların Azərbaycana etimad göstərmədiyi bir dövrdə, prezident seçkilərindən cəmi 1 il sonra – 1994-cü ilin sentyabrında tarixi “Əsrin Müqaviləsi” imzalandı. Bu müqavilə sadəcə bir neft layihəsi deyil, Azərbaycanın beynəlxaq müstəvidə toxunulmazlığının və iqtisadi müstəqilliyinin qarantı rolunu oynadı. Qısa müddətdə ordu quruculuğuna start verildi. Pərakəndə və siyasiləşmiş dəstələrin əvəzinə, vahid komandanlığa tabe olan milli ordu formalaşdırıldı. 1994-cü ilin mayında əldə olunan atəşkəs rejimi dövlətə daxili islahatları aparmaq və gələcək böyük qələbələrin təməlini qoymaq üçün lazım olan strateji zamanı qazandırdı. Ulu öndərin ən böyük xidmətlərindən biri ölkə daxilində etnik və separatizm meyllərini boğaraq azərbaycançılıq ideologiyasını formalaşdırmaq oldu. Bu məfkurə Azərbaycanda yaşayan bütün xalqları vahid dövlətçilik maraqları ətrafında birləşdirdi.

1993-cü ildən sonra Azərbaycanın xarici siyasətinin əsas məqsədlərindən biri müstəqil dövlət kimi beynəlxalq münasibətlər sistemində mövqelərin möhkəmləndirilməsi idi. Heydər Əliyevin xarici siyasət kursunda milli maraqların qorunması və beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi mühüm yer tuturdu. Azərbaycanın regional enerji layihələrində iştirakı, nəqliyyat dəhlizlərinin inkişafı və beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi ölkənin beynəlxalq əlaqələrinin genişlənməsinə şərait yaratdı. Ən əsası, Ermənistan-Azərbaycan münaqişəsi, ölkəmizə qarşı həyata keçirilən soyqırım, etnik təmizləmə və işğal siyasətinin nəticələri ilə bağlı Azərbaycanın haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılması xarici siyasətin əsas istiqamətlərindən biri oldu. Dünya işğalçı ilə işğala məruz qalan tərəflər haqqında ətraflı məlumatlandırıldı. Təsadüfi deyil ki, Ulu öndər bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə, sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçı siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul olunmasına nail olmuşdur.

3 oktyabr 1993-cü ildə əsası qoyulan müdrik siyasi kurs zamanın sınaqlarından uğurla keçərək gələcək böyük qələbələrin xəritəsini cızdı. Ulu öndərin uzaqgörən inkişaf strategiyası onun layiqli davamçısı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən XXI əsr çağırışlarına uyğun olaraq zirvələrə daşındı. Heydər Əliyevin həmin gün qurduğu sarsılmaz təməl bu gün Azərbaycanı regionun mütləq liderinə, qlobal arenada söz sahibinə və ən əsası ərazi bütövlüyünü tam təmin etmiş qüdrətli bir dövlətə çevrilmişdir. 1993-cü ilin 3 oktyabrında verilən o müdrik qərar bu gün hər bir azərbaycanlının başını dik, alnını açıq edən qalib Azərbaycanın əbədi və sarsılmaz təminatıdır.

Düzgün.az

↑