Cümə, 23 Oktyabr 2026 12:39:09 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
23 Oktyabr 2026
SON XƏBƏRLƏR
“AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 Kollecinin yaranmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib-FOTO16.10.2026 21:27 Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir16.10.2026 20:40 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 Kollecinin yaranmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib-FOTO16.10.2026 21:27 Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir16.10.2026 20:40
Siyasət

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib-FOTO

26.09.2026 11:20 · 375 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub.

“SOCAR, XRG və “TotalEnergies” şirkətləri arasında “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə Yekun İnvestisiya Qərarı”nı SOCAR-ın prezidenti Rövşən Nəcəf, “TotalEnergies” şirkətinin kəşfiyyat və hasilat üzrə prezidenti Nikolas Terraz və ADNOC/XRG-nin İcra Ofisi Direktorluğunun direktoru Omar Əl-Suveydi mübadilə etdilər.

“SOCAR ilə “Comstock Resources” şirkəti arasında strateji tərəfdaşlığa dair Çərçivə Sazişi”ni SOCAR-ın prezidenti Rövşən Nəcəf və “Comstock” şirkətinin Baş maliyyə inzibatçısı və vitse-prezidenti Roland Burns mübadilə etdilər.

“SOCAR ilə “Apollo” şirkəti arasında “upstream” işlənmə və hasilat layihələrinə investisiya üzrə strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu”nu SOCAR-ın prezidenti Rövşən Nəcəf və “Apollo” şirkətinin idarəedici direktoru Conatan Bar mübadilə etdilər.

“SOCAR ilə “Securing Energy for Europe GmbH” (SEFE) şirkəti arasında təbii qaz, LNG, enerji təhlükəsizliyi, enerji infrastrukturunun inkişafı və hasilat layihələri üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu SOCAR-ın prezidenti Rövşən Nəcəf və SEFE şirkətinin idarəedici direktoru Alexander Demidov mübadilə etdilər.

“SOCAR ilə İtaliyanın “Eni S.p.A.” şirkəti arasında Kot-d’İvuar Respublikasında yerləşən “Baleine” neft-qaz yatağının işlənməsi layihəsində 10 faiz iştirak payının əldə olunması üzrə Əməliyyatın Tamamlanmasına dair Protokol”u SOCAR-ın prezidenti Rövşən Nəcəf və “Eni” şirkətinin Mərkəzi Asiya Bölgəsi üzrə rəhbəri Seger Hoijtink mübadilə etdilər.

“SOCAR və “ExxonMobil” şirkəti arasında Azərbaycan Respublikasının Orta Kür hövzəsi üzrə qeyri-ənənəvi karbohidrogen resurslarının kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Hasilatın Pay Bölgüsü Sazişi”ni SOCAR-ın prezidenti Rövşən Nəcəf və “ExxonMobil” korporasiyasının qlobal qeyri-ənənəvi kəşfiyyat üzrə meneceri Kit Simpson mübadilə etdilər.

“SOCAR və “Oracle” şirkəti arasında Oracle Alloy Agreement (və yaxud Əsas Şərtlər Toplusu)”nu SOCAR-ın prezidenti Rövşən Nəcəf və ABŞ-nin “Oracle” şirkətinin Avropa, Yaxın Şərq və Afrika regionu üzrə texnologiya mühəndisliyinin baş vitse-prezidenti Ceyson Ris mübadilə etdilər.

“SOCAR ilə VNG arasında Strateji Əməkdaşlığa dair Saziş”i SOCAR-ın prezidenti Rövşən Nəcəf və “VNG AG” şirkətinin idarəedici direktoru Konstantin Herzog von Oldenburg mübadilə etdilər.

“Azərbaycan Biznesinin İnkişafı Fondu ilə Hindistanın “UFlex Group” şirkəti arasında Üçtərəfli Birgə Müəssisə Müqaviləsi”ni Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinin sədri Ülvi Mansurov və “UFlex Group” şirkətinin İdarə Heyətinin sədri və Baş direktoru Aşok Çaturvedi mübadilə etdilər.

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə “Carlsberg Group” şirkəti arasında Strateji Tərəfdaşlıq və İnvestisiya Çərçivə Sazişi”ni Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Carlsberg Group”un Mərkəzi və Şərqi Avropa və Hindistan üzrə icraçı vitse-prezidenti Nikos Kalaitzidakis mübadilə etdilər.

“Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumu ilə “Hong Kong Renteng International Trade Co. Limited” şirkəti arasında İnvestisiya Müqaviləsi”ni Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov və “Hong Kong Renteng International Trade Co. Limited” şirkətinin İdarə Heyətinin sədri Yang Xueren mübadilə etdilər.

 

 

 

↑