Cümə, 23 Oktyabr 2026 13:32:24 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
23 Oktyabr 2026
SON XƏBƏRLƏR
“AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 Kollecinin yaranmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib-FOTO16.10.2026 21:27 Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir16.10.2026 20:40 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 Kollecinin yaranmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib-FOTO16.10.2026 21:27 Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir16.10.2026 20:40
Siyasət

İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul etdi – FOTOLAR

24.09.2026 13:11 · 309 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin “01.AI” və “Sinovation Ventures” şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın “TEHA Group” şirkətinin Beynəlxalq sammitlər üzrə kordinatoru və Səudiyyə Ərəbistanı üzrə inkişaf rəhbəri Filippo Malinvernonu qəbul edib.

Qonaqlar qəbula görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.

Onlar Prezident İlham Əliyevin himayəsi altında Bakıda keçiriləcək İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edəcəklərini dedilər və bu tədbirin əhəmiyyətinə toxundular.

Prezident İlham Əliyev ölkəmizin həm Çin, həm də İtaliya ilə sıx münasibətlərinin olduğunu vurğuladı, hər iki ölkədən olan iş adamlarının Azərbaycana sərmayə yatırdıqlarını bildirdi.

Söhbət zamanı “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edildiyi xatırlandı, ölkəmizdə mövcud əlverişli biznes mühitinə toxunuldu, yerli sahibkarlarla yanaşı, xarici investorlar üçün yaradılmış münbit şəraitdən bəhs olundu.

Görüşdə yaşıl enerji, kibertəhlükəsizlik, təhsil və digər sahələrdə süni intellektin praktiki tətbiqi ilə bağlı fikir mübadiləsi aparıldı, ölkəmizlə bu şirkətlər arasında əməkdaşlıq imkanları müzakirə edildi.

 

 

 

 

↑